Accessibility links

AXCP lideri Əli Kərimli aclıq aksiyası keçirənlərə baş çəkib


AXCP lideri Əli Kərimli aclıq aksiyası keçirənlərə baş çəkib
please wait

No media source currently available

0:00 0:03:04 0:00

Yanvarın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirənlərə baş çəkib.

Həbsdə olan Milli Şuranın üzvü Tofiq Yaqublu ilə həmrəylik əlaməti olaraq başladılan aclıq aksiyası davam edir.

Partiya sədri çıxışında etirazçılara və onların tələblərinə dəstəyini ifadə edib:

"Nə tələb edir Tofiq Yaqublu? O ilk növbədə siyasi məhbusların, eyni zamanda özünün azad olunmasını tələb edir. Tamamilə haqlıdır. Nəyə görə Azərbaycanda bu qədər siyasi məhbus olmalıdır? Bu gün biz onu da vurğulayaq ki, siyasi məhbus Bəxtiyar Hacıyev də aclıq edir. O da qanunsuz həbs edilib. Ona da öz dəstəyimizi ifadə edirik və ona da azadlıq tələb edirik".

Əli Kərimli bu aclıq aksiyası davam etdiyi təqdirdə beynəlxalq reaksiyalar da artacağını vurğulayıb:

"Artıq sizin keçirdiyiniz aksiyaya beynəlxalq dəstək də var. ABŞ dövlət departamenti Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin dərhal azad edilməsini tələb edib. Belə bir çağırış edib Azərbaycan hökumətinə. Sizin bu böyük hərəkatınız davam edəcəyi təqdirdə daha da kütləviləşəcəyi təqdirdə beynəlxalq reaksiyalar da artacaq".

Müsavat Partiyasının üzvü Natiq İsrafilli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Şirvan Soltanov da bu gün aclıq aksiyasına qoşulublar.

Şəki şəhərindən gələn Natiq İsrafilli deyir ki, artıq 3 gündür aclıq aksiyasını davam etdirir:

" Ayın 9-dan Şəki rayon icra hakimiyyətinə, prokurorluğa, təcili tibbi yardıma məktubla müraciət etmişəm, aclıq aksiyasına başladığımı bildirmişəm. Tofiq Yaqublunun və Bəxtiyar Hacıyevin azad olunmasını tələb edirəm".

Aksiya iştirakçıları bildiriblər ki, vətəndaş cəmiyyəti, siyasi partiyaların nümayəndələri və hüquq müdafiəçiləri mütəmadi olaraq onlara baş çəkir.

Tofiq Yaqublu yanvarın 11-i axşam saatlarında Əjdər Məlikov adına 6 saylı xəstəxanaya yerləşdirilib. Vəkil Nemət Kərimli qeyd edib ki, onun vəziyyəti sonuncu görüşdən sonra daha da pisləşib və çəki itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG