Accessibility links

İranlı jurnalist hava limanında həbs edilərək Evin həbsxanasına yerləşdirilib


İranlı jurnalist Nasim Soltanbeiqi Tehranın Beynəlxalq Hava Limanında həbs edilib və ona qarşı irəli sürülən ittihamların detalları açıqlanmadan Evin həbsxanasına aparılıb.

Soltanbeiqinin anası İran Cəlali yanvarın 12-də yazdığı tvitində bildirib ki, qızı onunla qısa telefon danışığında təhlükəsizlik qüvvələrinin onu təkadamlıq kameraya köçürdüyünü deyib.

İttihamlar və həbsin səbəbi ilə bağlı isə heç bir məlumat verilmir.

Soltanbeiqi 2000-ci illərdə tələbə fəalı olub və son illərdə İranın müxtəlif nəşrlərində jurnalist kimi fəaliyyət göstərib.

O əvvəllər də fəallığına görə həbs olunub. Soltanbeiqi 2006-cı ildə "Qadınlar Dəyişiklik naminə" mitinqində iştirak etdiyinə görə məhkəmə onu beş il şərti cəzaya məhkum etməmişdən əvvəl səkkiz gün saxlanılıb.

Ona iki il sınaq müddəti verilib və sınaq müddətinin şərtlərini pozmasa, cəzasının ləğv ediləcəyi bildirilib.

Bir il sonra o, bəzi solçu tələbə fəallarla birlikdə yenidən həbs olunub və "milli təhlükəsizliyə qarşı fəaliyyət" və "İslam Respublikasına qarşı təbliğat" ittihamları ilə ümumilikdə 6 il həbs cəzasına məhkum edilib. Nəhayət, 2014-cü ildə o, həbsdən azad edilib.

Yeni həbs 22 yaşlı Mahsa Əmininin ölümü ilə bağlı ölkədə aylardır qadınlar və məktəbli qızların görünməmiş itaətsizlik nümayiş etdirdiyi və 1979-cu il inqilabından sonra İslam Respublikası hökuməti üçün ən böyük təhlükə hesab edilən etiraz nümayişlərinin davam etdiyi fonda baş verib.

22 yaşlı Əmini sentyabrın 16-da Tehranın əxlaq polisi tərəfindən ölkədə qadınlar üçün sərt geyim qaydalarını pozduğu iddiası ilə saxlanıldıqdan bir neçə gün sonra vəfat edib. Rəsmilər onun ölümünə “əvvəlki xəstəliklərin” səbəb olduğunu bildirib, lakin tərəfdarları və ailə üzvləri Əmininin həbsdə olarkən döyüldüyünü deyirlər.

Tehran Jurnalistlər Assosiasiyasının məlumatına görə, etirazlar başlayandan bəri azı 70 iranlı jurnalist həbs edilib.

Assosiasiya yanvarın 11-də yaydığı bəyanatda bildirib ki, həbs edilən bir neçə jurnalist zaminə buraxılıb, 30 jurnalist isə hələ də həbsdədir.

İnsan haqları qruplarının bildirdiyinə görə, etirazlarda 500-dən çox şəxs öldürülüb, minlərlə şəxs saxlanılıb. Hökumətin təzyiqlərin güclənəcəyi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, iranlılar küçələrə çıxmaqda davam edir.

Iranian Journalist Arrested At Airport, Placed In Evin Prison Without Details Of Charges

Several thousand others have been arrested since Amini's death, including many protesters, lawyers, activists, and digital-rights defenders.

XS
SM
MD
LG