Accessibility links

Cənubi Koreyada ölümcül basırığa görə məmurlar ittiham edilib


Cənubi Koreya polisi kütləvi toplantıların 160-a yaxın insanın ölümü ilə nəticələnməsi və təhlükəsizlik tədbirlərinin olmaması səbəbindən təxminən yarısı hüquq-mühafizə orqanlarının əməkdaşları olmaqla, 23 məmura qarşı qəsdən adam öldürmə və səhlənkarlıq da daxil olmaqla, cinayət işi qaldırıb.

Həftə sonu izdihamın 100 000-dən çox olacağının gözlənməsinə baxmayaraq, Seul polisi paytaxtın gecə həyatı yaşayan İtaevon rayonuna 137 məmur yerləşdirib. Bu zabitlər narkotikdən istifadənin və zorakı cinayətlərin monitorinqinə diqqət yetirib.

Ekspertlərin fikrincə, bu, piyadaların təhlükəsizliyinə kifayət etməyib.

Milli Polis Agentliyinin hadisə ilə bağlı xüsusi təhqiqatına rəhbərlik edən Son Je-han cümə günü komandasının işi prokurorlara göndərəcəyini bildirib. İttiham aktı üçün tövsiyə edilənlər arasında Seulun Yongsan rayonunun meri Park Hee-young və rayonun keçmiş polis rəisi Li İm-jae var də var. Li həmçinin hadisə yerinə gec gəldiyini gizlətmək üçün polis hesabatını saxtalaşdırmaqda ittiham olunur. Digər iki polis əməkdaşı kompüter fayllarını və qəza ilə bağlı digər mümkün sübutları məhv etmək cəhdində şübhəli bilinərək həbs edilib.

Son tərəfindən açıqlanan 74 günlük polis araşdırmasının nəticələri artıq aydın olanı böyük ölçüdə təsdiqləyib: Yonqsanda polis və hökumət rəsmiləri Halloween şənliklərinin gözlənilən sayına qarşı əhəmiyyətli izdihamla mübarizə tədbirləri həyata keçirə bilməyib və insanların zənglərinə məhəl qoymayıb.

"Axşam saat 22 radələrində Hamilton otelinin qarşısındakı qonaqların düzüldüyü dar bir dalanda insanlar yıxılmağa və əzilməyə başlayıb və hadisə yerinə effektiv nəzarət qura bilməyən və xilasedicilərin vaxtında yaralılara çatmasına icazə verə bilməməklə rəsmilər məsuliyyətsizlik nümayiş etdirib" - deyə, Son bildirib.

Son deyib ki, onun komandası 540-a yaxın insanı dindirib, mərkəzi və bələdiyyə hökumət idarələrindən və nəqliyyat orqanlarından 14 000 sübut toplayıb.

Onun sözlərinə görə, polis müstəntiqləri təhlükəsizlik kameraları və ya jurnalistlər və piyadalar tərəfindən çəkilmiş 180-dən çox video faylını araşdırıb və izdihamın sıxlığını təhlil etmək üçün məhkəmə-tibb ekspertləri ilə birlikdə hadisə yerinə baxış keçirib.

Polisin bildirdiyinə görə, otellə sıx vitrinlər arasında dəhlizə bənzəyən dalanda toplaşan izdiham saat 21:00 radələrində qarşısıalınmaz bir dalğaya çevrilib, insanlar içəri daxil olduqdan sonra hərəkətlərini idarə edə bilməyib. Saat 22:15 radələrində insanlar domino effekti kimi bir-birinin üstünə düşməyə və aşmağa başlayıb, nəticədə 158 ölüm və 196 yaralanma faciəsinə səbəb olub.

Milli Məhkəmə Ekspertizası Xidməti tərəfindən təhlükəsizlik kamerası görüntülərinin və simulyasiyaların təhlili göstərib ki, saat 22:15-də dalanda hər kvadrat metrdə 8 nəfər olub. Sıxlıq saat 22:20-də eyni məkan vahidində səkkiz-doqquz nəfərə qədər artəb. Saat 22:25-ə olan məlumata görə, təxminən insanların sayı 9-11 nəfərə yüksəlib.

Polis araşdırmasının nəticələrinin ictimaiyyətin qəzəbini və hökumətin cavabdehlik tələblərini sakitləşdirmək üçün kifayət edib-etməyəcəyi bəlli deyil. Belə ki, ölkə təxminən on il ərzində ən ağır fəlakətinin öhdəsindən gəlməyə çalışır.

Bəzi ekspertlər İtaevondakı basırığı "insanların laqeydliyindən yaranan fəlakət" adlandırıb ki, bunun qarşısını kifayət qədər sadə addımlarla almaq olardı, məsələn, dar boğaz nöqtələrinə nəzarət etmək üçün daha çox polis və ictimai işçi işə götürmək, birtərəfli gediş zolaqlarını tətbiq etmək və dar yolları və ya İtaevonnu və çox sayda insanın eyni istiqamətdə hərəkət etməsinin qarşısını almaq üçün metro stansiyasını müvəqqəti bağlaya bilərdi.
XS
SM
MD
LG