Accessibility links

Son 30 ildə Nepalın ən dəhşətli təyyarə qəzası nəticəsində azı 68 nəfər həlak olub


Yanvarın 15-i Nepalda daxili uçuş həyata keçirən təyyarə qəzası nəticəsində azı 68 nəfər həlak olub. Bu baərəd ölkənin Mülki Aviasiya Rəhbərliyi xəbər verib.

Katmandudan 72 sərnişin daşıyan Yeti Hava Yolları təyyarəsinin Poxara şəhəri yaxınlığında dağ ətəyinə düşdüyü yerə yüzlərə xilasedicilər gəlib. Yerli televiziya kanalları təyyarənin parçalanmış hissələri arasında addımlayan xilasediciləri göstərib.

Bu, Nepalın son 30 illik tarixində ən çoxsaylı itkilərə səbəb olan hava qəzasıdır. 1992-ci ildə Pakistan Beynəlxalq Hava Yollarına məxsus Airbus A300 təyyarəsinin Katmanduya yaxınlaşan zaman qəzaya uğması nəticəsində göyərtədə olan 167 nəfərin hər biri həlak olmuşdu.

Nepalın maliyyə naziri Bişnu Paudelin verdiyi məlumata görə, hökumət qəzanı araşıdıracaq və 45 gün ərzində hesabat verəcək komissiya formalaşdırıb.

2000-ci ildən bəri Nepalda təyyarə və helikopter qəzaları nəticəsində təxminən 350 insan həlak olub. Everest dağı da daxil olmaqla, dünyanın 14 hündür zirvəsindən səkkizinin yerləşdiyi Nepalda hava şəraiti gözlənilməz olduğundan uçuş şəraiti təhlükəli ola bilir.

XS
SM
MD
LG