Accessibility links

Tarixçi Yadigar Sadıqlının “Yaxın Şərqin tarixi” kitabının təqdimatı keçirilib


Tarixçi Yadigar Sadıqlının "Yaxın Şərqin tarixi" kitabının təqdimatı keçirilib
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Yanvarın 15-də Tarixçi Yadigar Sadıqlının "Yaxın Şərqin tarixi" kitabının təqdimatı keçirilib. Müəllif kitabında müxtəlif illərdə yazdığı məqalələri toplayıb.

Kitab 72 məqalədən ibarətdir və əsasən, İran, İsrail və Türkiyəni əhatə edən tarixi hadisələri əks etdirir.

Yadigar Sadıqlı düşünür ki, "Yaxın Şərqin tarixi" kitabındakı məqalələrin bir çoxu Azərbaycan dilində alternativi olmayan mövzulardır:

"Əvvəla, İranı götürsək ən çox soydaşımızın yaşadığı ölkədir. Amma problem ondan ibarətdir ki, İran haqqında ən az bildiyimiz ölkələrdən biridir. Ümid etmək istəyirəm ki, bu kitabda olan məqalələr müəyyən qədər bilgi verəcək o sahədə bu bilmədiklərimiz boşluqları dolduracaq. Türkiyə ilə bağlı məqalələr çoxu demokrat partiyanın hakimiyyətinə aid olduğu dövrlərdən bəhs edib. Mən hesab edirəm ki, bu Türkiyənin tarixi haqqında olduqca önəmli mövqedir. Çünki sonrakı hadisələri necə oldu ki, ilk demokratiya sınağı axırı hərbi çevrilişə gedib çıxdı və bu hərbi çevriliş hesab edirəm ki, Türkiyədə indiyə qədər davam edən müəyyən bir demokratiyanın tam oturuşmamasının səbəblərindən biridir. İsrailllə bağlı yaxın şərqdə gedən proseslər, İsrail dövlətinin yaranması və İsrailin köçü, o cümlədən, Fələstinlə bağlı məsələlər, Ərəb-İsrail müharibələri hesab edirəm ki, bu da Azərbaycanda yetərincə obyektiv işıqlandırılmayan mövzulardan biridir. Bu kitabımda obyektiv olmağa çalışmışam".

Təqdimatda siyasət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Onlar öz çıxışlarında Yadigar Sadıqlının yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Tədbirdə iştirak edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, Yadigar Sadıqlının tarixi məqalələrini mediadan və sosial şəbəkələrdən daimi olaraq izləyir:

"Tarixlə bağlı olduqca maraqlı məqalələrini də mütəmadi olaraq oxuyuram. Və bu təşəbbüsü də bəyənirəm ki, məqalələr itib batmamalıdır, gələcək nəsillərə qalmalıdır. Kitab halında çap olunmasını çox təqdir edirəm. Yadigar bəyin bu kitaba daxil edilən yaxın şərqlə bağlı məqalələri də sadəcə tarix kimi maraqlı deyil, tarix ümumiyyətlə, özü maraqlı bir predmetdir. Amma bu mövzular ki, Yadigar bəy işləyib, onlar sadəcə tarix kimi maraqlı deyil. Bizim coğrafiyamızın necə bu şəklə düşməsinin cavabı var bu məqalələrdə".

XS
SM
MD
LG