Accessibility links

Bakıda “Turan Kitab Festivalı” keçirilib


Bakıda “Turan Kitab Festivalı” keçirilib
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Bakıda "I Turan Kitab Festivalı" keçirilib. Festivalda 40-a yaxın nəşriyyat, 20-yə yaxın kitab mağazası iştirak edib. Bundan başqa, müxtəlif əl işləri də stendlər arasında yer alıb.

Ziyarətçilər festival çərçivəsində müəlliflər üçün ayrılan masalarda yazıçılarla görüşmək, həmçinin, kitablarını imzalatmaq imkanı qazanıb. Kitab nəşriyyatları oxucuları cəlb etmək üçün endirimli kitablar təklif edib.

11-15 yanvar tarixlərində baş tutan festival "Çapar yayınları"nın təşkilatçılığı ilə keçirilib.

Təşkilatçı Yusif İlhamoğlu, oxucular tərəfindən maraq olacağı təqdirdə ilk dəfə baş tutan bu festivalın davamlı keçiriləcəyini bildirib:

"Adının "Turan" seçilməsində müəyyən bir məqsədimiz var. Türk dövlətləri arasında yaxınlaşmaya mədəni dəstək vermək kimi bir amalımız var. Və Azərbaycan oxucularına digər türk dövlətlərinin mədəniyyətini, ədəbiyyatını, tarixini daha çox təbliğ edə bilmək üçün imkanlarımız çatdığı qədər Türkiyədən müəyyən qonaqlar dəvət etmişik. Bizim "Çapar" stendimizdə isə Azərbaycan tarixi ilə bağlı nəşrlərimiz olur. Cümhuriyyət və mühacirət dövrünün araşdırılması ilə məşğuluq. Rahat şəkildə öyünə bilərik ki, Kitablarımızdakı məlumatların ən azı yarısı heç yerdə olmayan məlumatlardır".

Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhməd də festivalın məqsədindən danışıb:

"İndiyə qədər Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski kimi şəxslərə aid özəl dosyalı jurnallarımız çap olunub. Düşündük ki, bu fəaliyyətimizi daha da genişləndirək və ona görə də ilk dəfə olaraq Çapar yayınlarının təşkilatçılığı ilə l Turan kitab festivalı başladı. Burda məqsədimiz nədir? Türk dövlətləri təşkilatı fəaliyyət göstərir ki, orda da Azərbaycan və Türkiyə əsas aparıcı rollardadır. Turan dünyasının mədəniyyət üzərindən qurulmasının hədəfləyirik".

I Turan Kitab Festivalında kitab təqdimatları, imza və qiraət saatları, mühazirələr təşkil edilib. Bundan başqa, müəlliflərlə görüşlər keçirilib. Festival günlərində uşaqlar üçün masterklaslar da təşkil olunub.

Festivalda iştirak edən "Parlaq İmzalar" nəşriyyatının koordinatoru Amil Orucov kitab festivallarının cəmiyyət üçün faydalı olması barəsində danışıb:

"Hər dəfə şəhərdə və şəhərdən kənarda sərgilər keçiriləndə oxucularda sərgi vərdişi yaranır. Hər dəfə yazıçılarla, yeni kitablarla tanış olurlar. Hər bir adam növbəti sərgiyə özüylə bir adam, dostunu, tanışını gətirir. Sərgi bizdə mütaliə və oxu vərdişini yavaş-yavaş formalaşdırır. Hər sərgidə yavaş-yavaş da olsa biz nəşriyyatıar olaraq buna Nail oluruq. Ümid edirik bir gün yüz minlərlə oxucu qatılacaq sərgilərə".

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG