Accessibility links

Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi Caspian PlatForum-un ofisi boşaldılır


Caspian PlatForum-un ofisi boşaldılır: "Bu, vətəndaş cəmiyyətinə vurulmuş zərbədir"
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Hazırda həbsdə olan insan haqları fəalı Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi “Caspian PlatForum”, o cümlədən Hüquqi Təşəbbüslər Mərkəzi və "Müdafiə Xətti" İnsan Haqları təşkilatının qərarlaşdığı ofis boşaldılır.

"Müdafiə Xətti" İnsan Haqları təşkilatının həmtəsisçisi Zaur Əkbərin sözlərinə görə ofis 2015-ci ildən fəaliyyət göstərirdi, Bəxtiyar Hacıyevin həbsindən sonra isə qadağalarla üzləşib:

"Müdafiə Xətti" İnsan Haqları Təşkilatının həmtəsisçisi Zaur Əkbər
"Müdafiə Xətti" İnsan Haqları Təşkilatının həmtəsisçisi Zaur Əkbər

“Bəxtiyar Hacıyevin həbsindən sonra biz “Caspian Plaza” rəhbərliyi ilə danışanda, dedik ki, heç olmazsa, “Caspian PlatForum” fəaliyyət göstərsin. Onlar bizə məsləhət gördülər ki, ola bilsin yaxın günlərdə yaxın günlərdə Bəxtiyar buraxıla bilər, bizdə hansısa ümidlər var, gözləyək Bəxtiyar Hacıyev özü çıxsın. Çünki biz müqaviləni onunla bağışlamışıq. Gəlsin söhbət edək, yenidən bu məsələləri müzakirə edək. Biz də dedik yaxşı, ancaq elə oldu ki, Bəxtiyar Hacıyevin qanunsuz həbsi uzadılası oldu, həbsdə qalası oldu və biz yenidən məcbur olduq ki, “Caspian Plaza” rəhbərliyi ilə görüşək. Bizə açıq şəkildə deyildi ki, rəhbərlik ofislə bağlı yekun qərarı verib. O qərarı bizə sənəd şəklində çatdırdılar ki, biz yanvar ayının sonunda ofisin müqaviləsinə xitam veriləcək və siz heç bir halda burada fəaliyyət göstərə bilməzsiniz”.

Zaur Əkbər hesab edir ki, qeyri-hökumət təşkilatlarının ofisdən çıxarılması yalnız Bəxtiyar Hacıyevə deyil, bütövlükdə vətəndaş cəmiyyətinə qarşı təzyiqdir.

“Buradan tək biz - 3 təşkilat faydalanmırdıq. Buradan onlarla təşkilat faydalanırdı, vətəndaş cəmiyyəti təşkilatları, gənclər təşkilatları, ekoloji təşkilatlar, ictimai təşkilatlar, hətta siyasi təşkilatlar, buradan partiyalar faydalanırdı. Bu ümumilikdə götürəndə cəmiyyətə, vətəndaş cəmiyyətinə, ictimai-siyasi sektora vurulmuş zərbədir”, deyə hüquq müdafiəçisi bildirib.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda aclığı davam etdirir.

XS
SM
MD
LG