Accessibility links

Qlobal işsizlik və iqtisadi tənəzzül artmaqdadır


Qarşıdakı və sonrakı il üçün proqnozlar çox da ümidverici deyil.

Beynəlxalq Əmək Təşkilatı (BƏT) xəbərdarlıq edir ki, hazırkı qlobal iqtisadi yavaşlama milyonlarla işçini daha aşağı keyfiyyətli, aşağı maaşlı işləri qəbul etməyə məcbur edəcək.

BƏT özünün "Dünya Məşğulluğu və Sosial Görünüşü: 2023-cü il meylləri" adlı hesabatında 2024-cü il üçün oxşar proqnozlarla qlobal işsizliyin bu il 3 milyon artaraq, 208 milyona çatacağını proqnozlaşdırır.

BƏT-in iş keyfiyyəti üzrə direktoru Manuela Tomei bildirib ki, iş yerlərinin həm kəmiyyəti, həm də keyfiyyəti pisləşəcək və maaşlar azaldıqca iş şəraitinin pisləşəcəyi gözlənilir. Tomei aşağı və orta gəlirli ölkələrdə çalışanların daha ağır zərbə alacağını deyib. Onun bildirdiyinə görə, bütün dünyada pandemiya və iqtisadi yavaşlama ilə qeyri-rəsmiliyin və yoxsulluğun azaldılmasını görmək perspektivləri daha da ağırlaşacaq.

Hesabatda bildirilir ki, yaşayış xərcləri böhranı daha çox insanı yoxsulluğa sövq edəcək, zənginlər və yoxsullar arasındakı uçurumu genişləndirəcək. O, həmçinin qeyd edib ki, əsasən inkişaf etməkdə olan ölkələrdə 2 milyarda yaxın insan qeyri-formal iqtisadiyyatda çalışır.

Hesabata görə, yavaşlayan qlobal iqtisadiyyat, çox güman ki, 2004-cü ildən insanların qeyri-formal sektordan çıxarılmasında əldə edilən irəliləyişi geri qaytaracaq.

BƏT bildirir ki, milyonlarla işsizdən əlavə, keçən il 473 milyon insan fəal iş axtarışını dayandırıb. Bu göstərir ki, insanlar ya iş tapmaq perspektivləri ilə bağlı ruhdan düşüblər, ya da qayğı məsuliyyətləri kimi digər öhdəlikləri var.

Tomei 1970-ci illərdən bəri ilk dəfə olaraq staqflyasiya şərtlərinin, yəni yüksək inflyasiya və aşağı artımın birlikdə məhsuldarlığı və əmək bazarının bərpasını təhdid etdiyini deyib. O əlavə edib ki, Ukrayna müharibəsi, geosiyasi gərginliklər, təchizat zəncirindəki pozulmalar, yüksək inflyasiya, pul siyasətinin sərtləşdirilməsi və ümumilikdə böyük qeyri-müəyyənlik əmək bazarları üçün perspektivləri aşağı salır.

BƏT bildirir ki, 15-24 yaşlı gənclər iş tapmaqda ciddi çətinliklərlə üzləşirlər və onların işsiz qalma ehtimalı böyüklərə nisbətən üç dəfə çoxdur.

O əlavə edib ki, gənc qadınların vəziyyəti gənc kişilərdən daha pisdir və keçən il qadınların yalnız 47,4 faizi kişilərlə (72,3%) müqayisədə qlobal işçi qüvvəsində iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG