Accessibility links

Zəncanda fabrik işçiləri mitinq keçirib


Zəncan - "Cahan" bitki yağı fabriki işçilərinin mitinqi
Zəncan - "Cahan" bitki yağı fabriki işçilərinin mitinqi

İran Azərbaycanının Zəncan şəhərində “Cahan” bitki yağı fabrikinin işçiləri Zəncan vilayətinin valilik binası önündə növbəti etiraz mitinqini təşkil ediblər.

Cahan fabrikinin işçiləri keçən bir il ərzində dəfərlərlə fabrikin binası, habelə Zəncan valiliyi və iş idarəsi önündə tətil və etiraz mitinqləri keçiriblər.

İranın yarı-rəsmi xəbər agentliklərinə istinadən işçilər illərdir geçikmiş maaş və ödənişləri, sığorta hüquqları və iş qəzalarından dolayı törənən xəsarətlərin təminatı kimi hüquqlarını tələb edirlər.

Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyinə istinadən, fabrinin bir çox işçisi 9 il əvvəldən bəri bir çox ödəniş və hüquqlarını ala bilməyiblər.

İLNA-nın son mitinqdən nəşr etdiyi görüntülərdə aksiyaya qatılan işçilərin əllərində plakatlar nümayiş etdiyi görünür. Plakatların birinin üzərində yazılıb ki, “Zəncan vilayətinin qabiliyyətsiz məsullarının 9 il vəd verməkdən sonra Cahan bitki yağı fabriki işçilərinə hədiyələri: fabrikin qapanması, işsizlik, gecikmiş maaşlar və ödənişlər və sığorta hüququnun yatırılmaması.”

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG