Accessibility links

Təbrizdə aktrisa Səmanə Babazadə 10 il ölkədən çıxış qadağasına məhkum edilib


Səmanə Babazadə
Səmanə Babazadə

İranda hökümət əleyhinə etirazlarla əlaqədar noyabr ayında Təbrizdə nəzarət altına alınıb və zəmanətlə sərbəst buraxılan aktrisa Səmanə Babazə haqqında ölkədən çıxış qadağası və pul cəzası çıxarılıb.

Sənətkarın 10 il ölkədən çıxış qadağası, 10 milyon tümənlik pul cəzası və elektron cihazlarının müsadirə edilməsinə məhkum olunduğu bildirilir.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, məhkəmə qərarı aktrisaya bazar ertəsi günü Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi tərəfindən elan edilib.

Səmanə Babazadə keçən noyabr ayının 13-də Təbriz prokurorluğuna müraciət etdiyi zaman nəzarət altına alınıb və təqribən 10 gün nəzarətdən sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Keçən ilin sentyabr ayında ümummilli etirazların baş qaldırımasından bəri Təbriz və Urmiyə kimi şəhərlər daxil olmaqla, İranın müxtəlif şəhərlərində onlarla teatr, kino və televiziya sənətkarı İslam Respublikasının nümayişlərə qarşı repressiv təpkisini tənqid etdikləri üçün həbs və mühakiməyə məruz qalıb.

XS
SM
MD
LG