Accessibility links

Azərbaycan Prezidenti Ukrayna Prezidentinə başsağlığı verib


İlham Aliyev and Volodimir Zelenski (Arxiv foto. Məbə: Prezident Administrasiyası)
İlham Aliyev and Volodimir Zelenski (Arxiv foto. Məbə: Prezident Administrasiyası)

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə Ukraynanın Kyiv vilayətinin Brovarı şəhərindəki helikopter qəzası ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir: "Kyiv vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Yanvarın 18-də helikopter qəzası Ukraynanın Brovarı şəhərində baş verib. Belə ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin helikopteri yerli uşaq bağçasının yaxınlığında qəzaya uğrayıb, nəticədə 1-i uşaq olmaqla 14 nəfər ölüb, 25-i yaralanıb (onlardan 11-i uşaqdır).

Qəza nəticəsində, həmçinin Ukrayna daxili işlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin və nazirliyin dövlət katibi Yuri Lubkoviç həlak olub.

XS
SM
MD
LG