Accessibility links

Ərdəbildə siyasi fəal pul cəzasına məhkum olunub


Şəhruz Süleymaniyan
Şəhruz Süleymaniyan

Ərdəbil vilayətində Parsabad (Muğan) şəhərinin sakini, siyasi fəal Şəhruz Süleymaniyan 3 ay həbs cəzasının əvəzinə 50 milyon rial cərimə ödəməyə məhkum olunub.

Süleymaniyan sosial şəbəkələrdə paylaşdığı yazılar və görüntürlər səbəbilə "İslam Cümhuriyyəti nizamına qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamı ilə mühakimə edilib.

Ərdəbil vilayəti Apellyasiya Məhkəməsinin 14-cü şöbəsi 17 yanvar tarixində çıxardığı qərarda hökmün qüvvədə saxalnıldığını bildirib.

Amerikanın Səsinin də surətini əldə etdiyi məhkəmə sənədində yazılıb ki, "polis qüvvələri və Parsabad şəhərinin kəşfiyyat idarəsinin hazırladığı hesabat və Instagram səhifəsində yüklənən görüntüləri və mesajların mətnini nəzərə alaraq müttəhim Şəhruz Süleymaniyan İslam Cümhuriyyəti nizamına qarşı təbliğat fəaliyyəti ittihamı ilə 3 ay həbs cəzasının əvəzi olaraq 50 milyon rial cərimə ödəməyə məhkum edilib".

Qərarda ilkin məhkəmənin rəyinin eynən qüvvədə saxlanıldığı və hökmün qəti olduğu açıqlanıb.

Şəhruz Süleymani siyasi və ictimai fəaliyyətləri səbəbilə keçmişdə də basqılara məruz qalıb və nəzarətdə saxlanılıb.

XS
SM
MD
LG