Accessibility links

Rüfət Səfərov Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb


"Müdafiə Xətti"nin həmtəsisçisi Rüfət Səfərov (ortada)
"Müdafiə Xətti"nin həmtəsisçisi Rüfət Səfərov (ortada)

Yanvarın 19-da "Müdafiə Xətti"nin həmtəsisçisi Rüfət Səfərov Bakıda səfərdə plan ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kameronla görüşüb.

Bu barədə Rüfət Səfərov Amerikanın Səsinə bildirib.

please wait

No media source currently available

0:00 0:00:59 0:00
Direct link

Onun sözlərinə görə, görüşdə ölkədəki insan haqlarının ümumi mühit müzakirə olunub, əsas narahatedici məsələlər qeyd olunub.

"Görüşdə, həmçinin ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Brett Dvorak, vəkil Aqil Layıc, gender fəalı Gülnarə Mehdiyeva, ictimai fəal Ülvi Həsənli də iştirak edib. "Müdafiə Xətti" Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun məsələsini xüsusi vurğulayıb" - deyə, o bildirib.

Qeyd edək ki, yanvarın 18-də "Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının həmtəsisçiləri Rüfət Səfərov və Zaur Əkbər Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann ilə görüşüb.

Görüşdə səfirin birinci katibi Marcel Vioter də iştirak edib.

İnsan hüquqları fəalı Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Amma özü bu ittihamı qəbul etmir.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib. Bundan öncə Hacıyev 14 gün aclıq aksiyası keçirib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Hacıyev hazırda aclığı davam etdirir: "O, təcridxananın sanitar-tibb hissəsinə köçürülüb, həkim nəzarəti altındadır".

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

XS
SM
MD
LG