Accessibility links

Ərdəbil Apellyasiya Məhkəməsi Pərisa Ciddinin şikayətini təmin edib


Pərisa Ciddi Balabəyli
Pərisa Ciddi Balabəyli

Ərdəbil vilayətinin Apellyasiya Məhkəməsi daha əvvəl inqilab məhkəməsi tərəfindən 3 ay həbsə məhkum edilən türk dil haqları müdafiəçisi Pərisa Ciddi Balabəylinin şikayətini təmin edib.

Apellyasiya Məhkəməsinin 14-cü şöbəsi vilayətin Germi şəhərində yaşayan Ciddi haqqında bəraət qərarını yanvarın 18-də çıxarıb.

Germi İnqilab Məhkəməsi keçən ilin noyabr ayında sosial şəbəkələrdə paylaşdığı materiallar səbəbilə “İslam Cümhuriyyəti nizamına qarşı təbliğat fəaliyyəti” göstərməkdə ittiham etdiyi Pərisa Ciddini 3 ay həbsə məhkum etmişdi.

Apellyasiya Məhkəməsinin qərarında isə Pərisa Ciddinin öz İnstagram hesabından paylaşdığı yazıların “nizamın əsaslarına qarşı” olmadığı və “fəaliyyət” nümunəsi hesab edilmədiyi qeyd edilib.

Amerikanın Səsinin də surətini əldə etdiyi bəraət qərarında yazılıb ki, “müttəhimə irəli sürülən ittiham təkcə ‘təbliğat’ deyil, ‘təbliğat fəaliyyəti’dir. Fəaliyyət nümunəsində təkrar və davamlılıq olmalıdır. Müttəhim öz səhifəsində məişət və ətraf mühit məsələləri, habelə türk dilini qorumaq ilə əlaqədar höküməti tənqid edib. Onun bu işi bir ‘fəaliyyət’ nümunəsi olmamaqla birlikdə, İslam Cümhuriyyəti nizamının əsaslarına qarşı ‘təbliğat’ hesab olunmur.”

XS
SM
MD
LG