Accessibility links

Bayden Kaliforniyaya yardım vəd edib


ABŞ prezidenti Co Bayden cümə axşamı Kaliforniyaya səfəri zamanı son fırtınaların vurduğu ziyanı nəzərdən keçirib və iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıqlarını təkrarlayıb.

Prezident daha çox federal yardım vəd edib və Baydenin iqlim dəyişikliyinin səbəb olduğunu söylədiyi ekstremal havanın təsirlərini yumşaltmaq planını açıqlayıb.

"Biz bu fəlakətlərin təsirini azaltmaq üçün daha güclü infrastruktura sərmayə qoymalıyıq, çünki onlar müəyyən mənada kumulyativ olur. Biz artıq bir il əvvəl imzaladığım infrastruktur qanunundan maliyyə ayırmışıq” - deyə prezident bildirib.

Bayden bu yaxınlarda qəbul edilmiş İnflyasiyanın Azaldılması Aktı vasitəsilə iqlim dəyişikliyinin təsirlərini idarə etmək istiqamətində addımlar atdığını deyib və bu, təmiz enerjiyə təxminən 400 milyard dollar federal maliyyə yardımı ayırır. Akt qlobal istiləşmənin 2 dərəcə aşağı salınmasını qarşıya məqsəd qoyan Paris Sazişi çərçivəsində ABŞ-ın öhdəliyini yerinə yetirməyə yönəlmiş bir addımdır. O, elektrikli nəqliyyat vasitələri ilə ABŞ-ın təmiz enerji sahəsində innovasiyalarını təbliğ edir.

Lakin Baydenin tənqidçiləri deyir ki, liderlər daha aqressiv olmalıdırlar, xüsusən də iş çirkləndirici sənayelərlə mübarizəyə gəldikdə.

Bioloji Müxtəliflik Mərkəzinin İqlim Hüquq İnstitutuna rəhbərlik edən Kassie Siegel hökumətin güclü tədbirləri olmadan bu problemi həll edə bilmərik deyib.

O, Amerikanın Səsinə bildirib ki, bu, problemin mərkəzində olan və uzun müddət diqqətini yayındırmağa, inkar etməyə və gecikdirməyə çalışan qalıq yanacaq şirkətləri ilə qarşılaşmaqla başlamalıdır.

Baydenin bəzi siyasi opponentləri, hətta senator Co Mançin kimi demokrat həmkarları bu sənayelərin dəyərli iş yerləri yaratdığını iddia edir.

XS
SM
MD
LG