Accessibility links

Ukraynanın bir neçə yüksək vəzifəli rəsmisi istefa verib


Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko istefa ərizəsini nümayiş edir
Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko istefa ərizəsini nümayiş edir

Ukraynanın bir neçə yüksək rütbəli məmuru prezident Volodimir Zelenskinin hökumətində bəzi kadr dəyişikliyi olacağını bildirməsi fonunda çərşənbə axşamı istefa verdiklərini açıqlayıb.

Ukrayna qüvvələrinin maddi-texniki təminatına cavabdeh olan müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov ərzaq tədarükü qalmaqalı ilə bağlı özünün təkzib etdiyi iddialarla əlaqədar vəzifəsindən istefa verib.

Baş prokurorun müavini Aleksey Simonenko və Zelenskinin aparat rəhbərinin müavini Kirilo Timoşenko da vəzifədən getmələrinin səbəblərini açıqlamadan istefa veriblər.

“Artıq nazirliklərdə və digər mərkəzi hökumət strukturlarında, eləcə də regionlarda və hüquq-mühafizə orqanlarında müxtəlif səviyyələrdə olan məmurlarla bağlı – bəziləri bu gün, bəziləri sabah – kadr qərarları var” - deyə, Zelenski bazar ertəsi axşam çıxışında deyib.


Almaniya tankları

Bu arada, Almaniyanın müdafiə naziri Boris Pistorius çərşənbə axşamı deyib ki, hökumətin Leopard 2 tanklarının Ukraynaya ixracına icazə verib-verməməsi ilə bağlı çox yaxında qərarı veriləcək.

Berlində danışıqlardan sonra NATO-nun baş katibi Yens Stoltenberqlə birlikdə açıqlama verən Pistorius jurnalistlərə deyib ki, hazırda Almaniyanın tank ehtiyatlarının təhlili və uyğunluq məsələləri nəzərdən keçirilir.

Müttəfiqlərin, o cümlədən “Leopard” tanklarına sahib olan və onları Ukraynaya göndərmək istəyənlərin təzyiqi ilə üzləşən Pistorius NATO alyansında birliyin saxladığını vurğulayaraq, bəzi ölkələrin digərlərindən daha sürətlə hərəkət etmək istəsələr də bölünmədiklərini bildirib.

Stoltenberq müttəfiqlər arasında tank məsələsi ilə bağlı məsləhətləşmələrin davam etdiriləcəyini və tezliklə “həll yolu”nun tapılacağını bildirib.

O, Almaniyanın müttəfiqlərinə əgər onlarda Leopard tankları varsa və onları hazır vəziyyətə gətirmək və Ukrayna qüvvələrinə onlardan istifadə etmək üçün təlim vermək istəyirlərsə, həmin ölkələrin buna başlamağa çağırıldığına dair mesajını alqışlayıb.

“Biz müharibənin bu mühüm məqamında Ukraynanı daha ağır və müasir sistemlərlə təmin etməliyik və bunu daha tez etməliyik,” Stoltenberq bildirib.

O, əlavə edib ki, Ukrayna qüvvələrinə döyüş tankları verilməsi həm Rusiyanın hücumunu dəf etmək, həm də Ukraynaya öz ərazilərini qaytarmağa kömək etmək üçün vacibdir.

XS
SM
MD
LG