Accessibility links

Daha bir AXCP üzvünün saxlanıldığı bildirilir


Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Tofiq Məmmədov
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Tofiq Məmmədov

Yanvarın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, siyasətçi Tofiq Yaqubluya dəstək üçün aclıq aksiyasında iştirak edən Tofiq Məmmədovun saxlanıldığı bildirilir. Bu barədə məlumatı AXCP üzvü Əli İmanxanlı verib:

"20 dəqiqə əvvəl Tofiq mənə bölməyə aparıldığını yazıb. Zəng vurdum, amma telefona cavab vermədi. O, son 1 həftədə artıq üçüncü dəfədir ki, bölməyə aparılır".

Onun hansı bölməyə aparılması ilə bağlı məlumat yoxdur.

Daxili İşlər Nazirliyindən Tofiq Məmmədovun saxlanılması ilə bağlı hələlik məlumat almaq mümkün olmayıb.

Qeyd edək ki, yanvarın 24-də İnzibati Həbs Olunanların Saxlanma Mərkəzində həbsdə olan Anar Həsənovla görüş zamanı vəkil Nemət Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, Tofiq Yaqubluya dəstək üçün aclıq aksiyasında iştirak edən Rövşən Səfərovun 30 sutka həbs cəza aldığını öyrənib.

Vəkilin sözlərinə görə, onun nə zaman və hansı ittihamla həbs edildiyi məlum deyil.

Yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Anar Hüseynov (Anar Ərkivan) saxlanılıb və Səbail rayon məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib. Şəhidlər Xiyabanının ziyarəti zamanı Müsəlman Birliyi Hərəkatının 6 üzvünün də saxlanıldığı bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG