Accessibility links

Vaqner qrupunun məhbus döyüşçüləri ağır itkilər verir


Vaqner qrupunun məhbus döyüşçüləri ağır itkilər verir
please wait

No media source currently available

0:00 0:03:19 0:00

Vaqner qrupunun məhbus döyüşçüləri ağır itkilər verir

Son bir neçə ayda insan hüquqları fəalları Rusiyanın özəl hərbi şirkəti olan Vaqner Qrupunun Ukraynadakı müharibədə döyüşmək üçün məhkumlardan istifadə etməsi ilə bağlı narahatlıqlarını ifadə edirlər. İndi Ağ Ev Donbasda muzdlu qrup üçün döyüşən 40 minə yaxın məhkum arasında "qeyri-adi dərəcədə ağır" itkilərin olduğunu təsdiqləyir.

Rusiya Ukraynada əraziləri ələ keçirməkdə çətinlik çəkdiyi bir vaxt, Ağ Ev bildirir ki, Kreml müharibədəki cəbhə bölgələrinə döyüşçü göndərmək üçün məhbusları cəlb edən Vaqner qrupuna arxalanır.

“Məhkumlar arasında ölüm halları qeyri-adi dərəcədə yüksəkdir. Əslində bizim fikrimizcə, onların itkilərinin 90%-ni məhkumlar təşkil edir,” ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyir.

Moskva xaricilərin müharibədə ölənlərin sayı ilə bağlı ehtimallarını rədd edir, ancaq aydındır ki, Rusiyanın məhbusları yüksək nisbətdə ölür. Ukrayna rəsmiləri təxmin edir ki, 38 min rusiyalı məhbusdan təxminən 77 faizi öldürülüb, yaralanıb, əsir və ya itkin düşüb.

“Onları ət-çəkən maşına atırlar,” Kirbi deyib.

Rusiya müharibədəki itkilərlə bağlı əksər kənar qiymətləndirmələri rədd edir və qoşunlarının əldə etdiyi nailiyyətləri möhkəmləndirdiyini təkid edir. Ancaq ekspertlər deyir ki, məhkumların Vaqner komandirləri altında acı aqibətlərini ört-basdır etmək Kreml üçün çətinləşir.

Onlar bu məhbusları “əvəzləyici” adlandırırlar.

Ukraynalı müharibə müxbiri Yuri Butusov Amerikanın Səsinə bildirib ki, ötən ay təkcə Soledar şəhəri uğrunda döyüşlərdə rusların gündə bir neçə yüz əsgəri ölüb. Onların demək olar hamısı məhbuslar olub.

“Düşmən Ukraynanın atəş nöqtələrinə hücum etmək üçün düşmən cəzaçəkmə batalyonlarından istifadə edir. Bu, yeni ixtira deyil. Sovet dövründə Stalində də onlar var idi,” o deyir.

İkinci Dünya Müharibəsində bu batalyonlar Qulaq əsirlərindən ibarət idi və onlara ən çətin tapşırıqlar - heç bir ağır texnika dəstəyi olmadan intensiv atəş altında irəliləmək kimi tapşırıqlar verilirdi.

Butusovun sözlərinə görə, bəzi hallarda yaxşı təchiz olunmamış rus məhbuslarından Ukraynanın artilleriya atəşini cəlb etmək kimi oxşar missiyalar üçün istifadə olunur.

“Onlara atəş açılanda Rusiya komandirləri düşmən artilleriyasının mövqeyini müəyyən edir,” Butusov deyir.

Rusiya Barmaqlıqlar Arxasında vətəndaş hüquqları qrupunun icraçı direktoru Olqa Romanova Amerikanın Səsinə bildirib ki, Vaqner qrupu ilə altı aylıq sövdələşmə imzalamağa razılaşan məhbuslara ayda 3000 dollar pul verilir. Amma onları motivasiya edən pul deyil.

Əsas səbəb, əlbəttə ki, azadlığa çıxmaqdır.

Romanova deyir ki, İndiyə qədər Vaqnerin lideri və Rusiya Prezidenti Vladimir Putinin yaxın adamı olan Yevgeni Priqojinin işə aldığı on minlərlə məhbusdan sadəcə 106-sı azadlığa buraxılıb və evlərinə getmələrinə icazə verilib.

“Ötən ilin sonunda məhbuslar arasında Vaqnerə xidmət etmək istəyi əhəmiyyətli dərəcədə azalmışdı- əsasən məhkəməsiz edamlar, yerinə yetirilməyən vədlər və əlbəttə ki, çox sayda itkilər səbəbilə,” Romanova bildirir.

Ancaq onun sözlərinə görə, bunların Kremlin məhbuslardan geosiyasi məqsədlər üçün istifadə etmək planlarını pozmaq ehtimalı çox azdır.

“Priqojin daha 20-30 min insanı həbsxanalardan çıxaracaq və sonra səlahiyyətlilər rəsmi səfərbərliyə başlayacaq,” o deyir.

Putin noyabr ayında çəkilməyən və ya ləğv edilməyən məhkumluqları olan insanların səfərbər olunmasına icazə verən qanunu imzalayaraq, müharibəyə cəlb oluna biləcək insanların sayını artırıb.

XS
SM
MD
LG