Accessibility links

ABŞ hökuməti iranlı dissidentə sui-qəsd hazırlayan üç şəxsə qarşı rəsmi ittiham irəli sürdü


Merrik Qarland, ABŞ Baş Prokuroru
Merrik Qarland, ABŞ Baş Prokuroru

ABŞ rəsmiləri İran hökumətinin tənqdiçisini öldürməyi planlaşdıran, lakin planları iflasa iğramış üç şəxsə qarşı cinayət ittihamları irəli sürüb. Bu haqda bəyanatı ABŞ Baş Prokuroru Merrik Qarland elan edib.

Rəfat Əmirov, Polad Ömərov və Xalid Mehdiyev pul müqabilində qətl cəhdi və pulyuma əməliyyatlarında ittiham olunurlar. Sui-qəsd planının hədəfində olan ABŞ vətəndaşı İran hökumətinin sərt tənqidçisi olaraq tanınıb.

“Sui-qəsdin hədəfi İran hökumətinin insan haqları pozuntularını, qadınlara qarşı ayrıseçkilyini, demokratik hüquqların boğulmasını, həbslər, işgəncə və edamlardan arbitrar istifadə hallarını ictimailəşdirib,” Qarland deyib.

2021-ci ildə ilkin olaraq hədəfi girov götürmək planı iflasa uğradıqdan sonra İran sakini olan Əmirov Çex Respublikasında yaşayan Ömərova hədəf haqda məlumat göndərib. Ömərov həmin detalları Nyu Yorkun Yonkers məhəlləsində yaşayan Mehdiyevə ötürüb.

Qarland hədəfin adını çəkməyib. Lakin Xalid Mehdiyev ötən il Nyu Yorkda jurnalist Məsih Əlinejadın Bruklindəki evinin qarşısında silahl gəzidərərkən həbs olunmuşdu.

24 yaşlı Mehdiyev məhkəmə dinləməsində registrasiya nömrəsi pozulmuş avtomat gəzdirmək ittihamında özünü günahkar saymadığını bildirib. O, hazırda Bruklin Metropoliten Saxlanma Mərkəzində saxlanılır.

Digər iki şəxs də - 43 yaşlı Rəfat Əmirov və 38 yaşlı Polad Ömərov da da hazırda ABŞ hüquq mühaizə orqanlarının nəzarətindədir.

İranın BMT-dəki missiyası ittihamnaməyə cavab verməyib.

2021-ci il avqustun 15-də rəsmi Vaşinqton işarə etmişdi ki, Azərbaycan vətəndaşı olduğu bildirilən Xalid Mehdiyevin iştirakı ilə iranlı jurnalist Məsih Əlinejada qarşı sui-qəsdi “transmilli akt” kimi qiymətləndirir.

“Biz bunu transmilli repressiya və bəzi yollarla transmilli təcavüzə cəhd kimi görürük. Ədliyyə Departamenti ona qarşı sui-qəsd barədə məlumat yayıb və açıq-aydın o vaxtdan bəri hadisələrlə bağlı məlumatlar var. Mən bu işdə iştirak edən konkret aktyorlar haqqında danışmaq istəmirəm, çünki hələ də aktiv hüquq-mühafizə komponenti var. Amma İran təkcə repressiya deyil, həm də təcavüz ixrac etməyə çalışan çoxsaylı hökumətlərdən biridir. Və biz yenə də əlimizdə olan bütün vasitələrdən, o cümlədən bu halda hüquq-mühafizə orqanlarından istifadə edərək, ilk növbədə fərdlərə qarşı təhdidlərin qarşısını almağa çalışdıq. Biz təkcə ona deyil, Con Boltona da qarşı sui-qəsdlə bağlı danışdıq və bu cür fəaliyyət davam edərsə, ciddi nəticələrin olacağını aydınlaşdırmaq üçün əlimizdə olan vasitələrdən istifadə etdik,” Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik brifinqdə bildirib.

Azərbaycan vətəndaşı olduğu deyilən Xalid Mehdiyev Əlinejadın evinin yaxınlığında gizlənərək onun pəncərəsinə baxıb giriş qapısını açmağa cəhd edərkən polis onu saxlayıb. Dövlət Departamenti Mehdiyev, onun viza statusu, hətta İranla mümkün əlaqələri barədə əlavə məlumat verməyib.

Tanınmış jurnalist və qadın hüquqları müdafiəçisi olan Məsih Əlinejad Amerikanın Səsinə müsahibədə “İran rejiminin diktaturanı normallaşdırmaq üçün Qərbdəki idmançılardan istifadə etdiyini” bildirib.

“Bu, əslində İran rejiminin idmandan, idmançılardan “İslam Respublikasına yox” deyən, “gender aparteid rejiminə yox” deyən fəalları öldürmək, terrorizə etmək və hədələmək üçün istifadə etdiyini göstərir,” o, müsahibədə deyib.

ABŞ mətbuatında yayılan məlumata əsasən, 28 iyulda iranlı jurnalist Məsih Əlinejadın Nyu York şəhərinin Bruklin ərazisindəki evinin qarşısında yerli hüquq mühafizə orqanlarının müşahidəsinə görə özünü “şübhəli” aparan azərbaycanlı Xalid Mehdiyev saxlanılıb.

Nyu York Polis Departamentinin əməkdaşları Mehdiyevi Bruklin ərazisində “stop” işarəsinə məhəl qoymadan avtomobili sürməyə davam etdikdən sonra saxlayıblar. Polis əməkdaşlarının bildirdiyinə görə o, avtomobilini müvafiq lizensiyası olmadan idarə edib.

Baxış zamanı hüquq mühafizə rəsmiləri 23 yaşlı Mehdiyevin idarə etdiyi Subaru Forester avtomobilində dolu vəziyyətdə olan AK-47 avtomatı, həmin silah üçün əlavə daraq və $1,100 ABŞ dolları aşkar ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrailin baş naziri müharibə kabinetini buraxıb
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG