Accessibility links

İran Azərbaycanında Xoy zəlzələsində xəsarət alanlara yardım kampaniyaları təşkil olunur


İran xəbər agentliklərinin bazar günü səhər saatlarında yaydığı məlumata görə, Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində şənbə günü gecə saatlarında baş verən 5.9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Qeyri-rəsmi mənbələr ölənlərin sayının daha çox olduğunu yazıblar. Xəbər agentliklərinin məlumatlarında xəsarət alan insanların sayının isə 800-dən çox olduğu bildirilib.

Zəlzələ gecə saat saat 21:44-də baş verib. Bu keçən 10 gün ərzində Xoyda baş verən ikinci zəlzələdir. Təqribən 150 nəfərin xəsarət aldığı 18 yanvar zəlzəlsində həyatını itirən olmamışdı.

Amerikanın Səsinin bölgədən əldə etdiyi məlumata görə, zəlzələ Təbriz və Urmiyədə də hiss edilib. Xoydan əlavə, zəlzələ bölgəsinə yaxın bir çox şəhər və kəndlərdə bəzi insanlar zəlzələ sonrası yer titrəyişləri ehtimalı ilə bağlı narahatlıqlara görə gecəni küçədə keçiriblər.

Xəbər agentlikləri sulu qar və soyuq hava şəraiti ilə əlaqədar zəlzələ nəticəsində xəsarət dəymiş 100-ə yaxın kənddə olduqca çətin durum yarandığı had məlumat verir.

Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətlərində xeyriyyəçi qruplar, ictimai xadimlər və mədəni fəallar zəlzələ bölgələrinə yardım üçün kampaniyalar təşkil etməyə başlayıblar.

Sosial mediada da mədəni fəallar İran dövlət qurumlarının zəlzələ qurbanlarına yardım və xilasetmə sahəsində bundan əvvəl yaxşı fəaliyyət göstərmədiyini önə çəkərək, yaxın şəhərlərdə xəsarət alanlara yardım kampaniyalarının təşkil olunmasının vacib olduğunu qeyd edirlər.

XS
SM
MD
LG