Accessibility links

Britaniya: Rusiya məktəblərində hərbi təlim sovet dövrünü xatırladır


Arxiv fotosu - İştirakçılar Moskva vilayətinin Krasnoqorsk şəhərində Yaropolk idman-vətənpərvərlik klubunda mülki şəxslər üçün ilkin hərbi təlim zamanı təlimatçıları izləyir, 3 dekabr, 2022.  
Arxiv fotosu - İştirakçılar Moskva vilayətinin Krasnoqorsk şəhərində Yaropolk idman-vətənpərvərlik klubunda mülki şəxslər üçün ilkin hərbi təlim zamanı təlimatçıları izləyir, 3 dekabr, 2022.  

Böyük Britaniyanın Müdafiə Nazirliyi bazar günü Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı gündəlik kəşfiyyat məlumatında bildirib ki, Rusiya orta məktəblərinə ilkin hərbi təlimlərin qaytarılması Rusiyada getdikcə artan hərbiləşdirilmiş atmosferi vurğulayır.

Orta məktəblərdə icbari hərbi təlim sentyabr ayında başlayıb. Rusiya dekabr ayında universitet tələbələri üçün oxşar icbari təhsil elan edib.

Britaniya Müdafiə Nazirliyinin bildirdiyinə görə, hərbi kurikulum Rusiya məktəblərinə ehtimal ki, Sovet İttifaqında məktəblər üçün oxşar hərbi təhsilin xatırlanması məqsədilə qaytarılır.

Şənbə günü Rusiyanın şərqdə Donetsk bölgəsində bir şəhərə raket zərbəsi endirməsi nəticəsində azı 3 nəfər həlak olub. Raket hücumu Qərbin Kyiv üçün müasir tank tədarükü vədləri fonunda Ukrayna qüvvələrinin Rusiya qüvvələri ilə Moskvanın bir neçə qaynar nöqtədə hücumlarını davam etdirdiyi şərqdə şiddətli döyüşlər apardığı vaxt edilib.

Ukrayna prezidenti Volodimir Zelenski Qərb tərəfdaşlarını Rusiyanın şəhərləri hədəfə almaq qabiliyyətini azaltmaq üçün ölkəsini ATACMS kimi tanınan uzaqmənzilli dəqiqliklə idarə olunan raketlərlə təmin etməyə çağırıb.

“Silahlı qüvvələrimizi müvafiq raketlərlə təchiz edə bilsək, Rusiyanın bu terrorunu dayandırmaq mümkün olardı,” Zelenski şənbə günü axşam çıxışında deyib.

Zelenski bundan əvvəl Uqledar və Rusiya artilleriyasının bombardmanları nəticəsində yerlə-yeksan edilən Baxmut şəhəri uğrunda əsas döyüşlərin getdiyini bildirib.

Şənbə günü endirilən zərbələr Moskvanın Ukrayna xalqın qətiyyətini zəiflətməyə çalışdığı vaxt Rusiya qüvvələrinin Ukraynanın mülki hədəflərini vurduğu silsilə hücumların sonuncusudur.

XS
SM
MD
LG