Accessibility links

Yunanıstanda türk miqrantın ölümünə işgəncənin səbəb olduğuna dair ittihamlar səslənir


Yunanıstanda türk miqrantın ölümünə işgəncənin səbəb olduğuna dair ittihamlar səslənir
please wait

No media source currently available

0:00 0:03:38 0:00

Yunanıstanda türk miqrantın ölümünə işgəncənin səbəb olduğuna dair ittihamlar səslənir

Ötən ilin sonlarında Yunan adasına səfər edən türkiyəli miqrantın ölümü Türkiyə Xarici İşlər Nazirliyinin məsələyə baxılmasını tələb etməyə vadar edib. Türk millət vəkili Yunanıstan hökumətini sui-qəsdi törətməkdə ittiham edib, lakin Yunanıstan bununla bağlı heç bir məlumatı olmadığını deyir.

Barış Büyüksü bunun yeni həyatın başlanğıcı olduğunu düşünürdü. O, bu şəkilləri oktyabr ayında Yunanıstanın Kos adasında çəkdirib. Bir neçə gün sonra isə həyatını itirib.

30 yaşlı Barış Kosa keçmək üçün qaçaqmalçılar dəstəsinə pul verib. Ona saxta Bolqarıstan şəxsiyyət vəsiqəsi verilib. Büyüksu Afinaya getməyi, daha sonra Fransaya uçmağı planlaşdırırdı. Oktyabrın 21-də o, bərəyə minməsini gözləyirdi.

Dostu Böyüksunun polis tərəfindən saxlandığını və daha sonra nişanı olmayan qara furqona zorla mindirildiyinin şahidi olduğunu deyib. Ertəsi gün Böyüksunun İzmirdəki ailəsinə Türkiyə polisindən zəng gəlib və polis onlara oğullarının öldüyünü və işgəncə izlərinin olduğunu bildirib.

Türkiyə Sahil Mühafizəsi Büyüksunu Türkiyə sularına qaytarılan qayıqda tapdıqlarını bildirib. Qayıqda daha bir neçə miqrant olub. Türkiyə xəbər verir ki, Büyüksunun aldığı xəsarətlərdən həkimlər ona çatana qədər dünyasını dəyişib.

"Cəsədi məhkəmə-tibb mərkəzindən götürüb burada dəfn etdik. Oğlumun öldürülməsi təkcə Türkiyənin deyil, bütün bəşəriyyətin problemidir" - deyə, Barışın atası Reyis Büyüksu bildirib.

"Evlənmək istəyirdi, sevgilisi var idi, xəyalları var idi və dedi: "Ana, ev tikməliyik, qızıl alaram, qayıdanda toyum olar". Amma mənə onun meyiti qayıtdı", Barışın anası Saime Büyüksu deyib.

Türkiyədə ilkin yarılma zamanı Büyüksunun işgəncələrə uyğun yaralar müəyyən edilib. Onun üzündə və bədənində kəsiklər və qançırlar, daxili qanaxma var.

Qayıqda olan digər miqrantlar Türkiyə polisinə Böyüksu ilə Yunanıstanda saxlandıqlarını və qonşu otaqda ona işgəncə verildiyini eşitdiklərini bildiriblər. Türkiyə rəsmiləri araşdırmaların davam etdiyini deyir. Yarılmanın tam nəticələri hələ açıqlanmayıb. Türkiyə müxalif millət vəkili Böyüksunun ölümü ilə bağlı məsələni parlamentdə qaldırıb.

"Yunanıstan hakimiyyəti qətl törədib. [Ailə] bu məsələyə Xarici İşlər Nazirliyi tərəfindən baxılmasını və nəzərdən keçirilməsini istəyir" - deyə, HDP millət vəkili Ömər Faruk Hergerlioğlu bildirib.

Yunan polisi Amerikanın Səsinin şərh üçün sorğularına cavab verməyib. Yunanıstan Sahil Mühafizəsi QHT-lər tərəfindən sənədləşdirilmiş geniş dəlillərə baxmayaraq, miqrant qayıqlarını Türkiyə sularına qaytardığını inkar edir.

Yunanıstanın Miqrasiya və Sığınacaq Nazirliyi Amerikanın Səsinə bildirib ki, Böyüksu ilə bağlı heç bir qeydləri yoxdur və şərh verə bilməzlər. Ailəsi deyir ki, o, Yunanıstanı tərk edib Fransaya getmək istədiyi üçün sığınacaq qeydiyyatından keçməyib.

"Qardaşımın qatillərinin ədalət qarşısında cavab verməsini istəyirəm. Onların kim olduğunu bilmək istəyirəm. Mən bu işin belə susdurulmasını istəmirəm", Barışın qardaşı Umut Büyüksu deyib.

Məhrum qalan ailə cavab axtarır. Sevimli oğlunu və qardaşını kim öldürdü? Ədaləti kim idarə edir? Bu, başqa suallar da doğurur - Avropanın sərhədlərinin qorunması və daha yaxşı həyat istəyənlərin insan haqları.

XS
SM
MD
LG