Beynəlxalq Qırmızı Xaç Komitəsi Laçın dəhlizi vasitəsilə təcili tibbi yardıma ehtiyacı olan 60 xəstənin keçirildiyini bildirib.
Komitə Twitterdə yaydığı məlumatda dəhliz vasitəsilə təcili tibbi yardım xidmətlərinin davamlılığını təmin etdiyini bəyan edib.
"Bizim komandalarımız, həmçinin səhiyyə obyektlərinə, həmçinin dərman, uşaq formulu və ərzaq çatdırıblar".
Yanvar ayı ərzində 8 hospitala ərzaq və gigiyenik ləvazimatların çatdırıldığını qeyd edən Beynəlxalq Qırmızı Xaç Komitəsi 300-dən çox yaşlı insana və uşaq mərkəzinə yardım göstərildiyini vurğulayıb.
Komitə yanvarın əvvəlindən başlayaraq 95 adamın Laçın dəhlizi vasitəsilə nəqlinə yardım etdiyini bildirib.
"Bu, tərəflərin razılığı və narahat olan ailə üzvlərinin arzuları əsasında həyata keçirilir" , mesajda qeyd olunub.