Accessibility links

Blinken: İsrailin İordan çayının Qərb sahilində yaşayış məntəqələri sülhə maneə yaradır


Blinken: İsrailin İordan çayının Qərb sahilində yaşayış məntəqələri sülhə maneə yaradır
please wait

No media source currently available

0:00 0:01:52 0:00

Blinken: İsrailin İordan çayının Qərb sahilində yaşayış məntəqələri sülhə maneə yaradır

ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə bu həftə səfərini işğal olunmuş Fələstin ərazilərini ziyarət etməklə yekunlaşdırıb. Blinken ABŞ tərəfindən İsrailə qarşı nadir hallarda edilən tənqidi çıxışında jurnalistlərə İordan çayının Qərb sahilində İsrail yaşayış məntəqələrinin sülhə maneə olduğunu deyib. ABŞ səfər zamanı israillilər və fələstinliləri gərginliyi azaltmağa çağırıb.

Dövlət katibi Antoni Blinken regionda son onilliklər ərzində müaşhidə edilən ən pis zorakılıqlar fonunda çərşənbə axşamı İsrailə və İordan çayının Qərb sahilinə səfər edib. Blinken hər iki tərəfə zorakılıqların dayandırılması çağırışı edib.

“Baş nazir [Benyamin] Netanyahu və prezident [Mahmud] Abbas və bu səfər zamanı İsrail və İordan çayının Qərb sahilində görüşdüyüm hər kəslə müzakirə etdiyim kimi, bütün tərəflər zorakılığın daha da artmasının qarşısını almaq və sakitliyi bərpa etmək üçün addımlar atmalıdır. Biz yalnız bu yolla insanların özlərini təhlükəsizlik hiss etməyə başlayacağı və qorxunun azalacağı şərait yarada bilərik, ” Blinken bildirib.

Blinken ilk prioritetin sakitlik və etimadın bərpa edilməsindən ibarət olduğunu deyib. Lakin onun sözlərinə görə, uzunmüddətli perspektivdə prezident Co Bayden İsrail dövləti ilə Fələstin dövlətinin yanaşı mövcud olması ilə bağlı baxışına və bunun həyata keçirilməsinə dair məqsədinə sadiq qalır.

“Birləşmiş Ştatlar yaşayış yerlerinin genişləndirilməsi və qeyri-qanuni postların leqallaşdırılması, İordan çayının qərb sahilinin ilhaqı istiqamətində atılan addımlar, Qüdslə və onun müqəddəs yerləri ilə bağlı tarixi status-kvonun pozulması, sökülmə, köçürülmə, zorakılığa sövq etmək və ona göz yummaq da daxil olmaqla, bu hədəfi əlçatmaz edən hər şeyə qarşı çıxmağa davam edəcək,” ABŞ dövlət katibi bildirib.

Fələstinlilər çərşənbə axşamı Qüdsün şərqindəki Cəbəl Mükaber məhəlləsində yolları bağlayaraq İsrailin evləri sökmək planlarına etiraz ediblər.

Blinken fələstinlilərin “ümidlərinin azaldığını” etiraf edərək, həm israillilərdən, həm də fələstinlilərdən konstruktiv təkliflər eşitdiyini bildirib və diplomatik heyətinin bəzi yüksək səviyyəli üzvlərindən bu ideyaları dəstəkləmək üçün bölgədə daha uzun müddət qalmalarını istəyib.

XS
SM
MD
LG