Accessibility links

ABŞ-da yerləşən qeyri-kommersiya təşkilatı ukraynalı uşaqlara kömək edir


ABŞ-da yerləşən qeyri-kommersiya təşkilatı ukraynalı uşaqlara kömək edir
please wait

No media source currently available

0:00 0:02:56 0:00

ABŞ-da yerləşən qeyri-kommersiya təşkilatı ukraynalı uşaqlara kömək edir

Rusiyaya Ukraynaya hərbi müdaxiləsi müharibənin dağıtdığı ölkədə bir çox böyük və uşağı travmaya məruz qoyub. Onlara yardım etmək üçün Nataliya Vyetrova Ukrayna Volya Fondunu yaradıb. Bu qeyri-kommersiya təşkilatı ukraynalı uşaqlara bu travmaların öhdəsindən gəlməyə yardım edir.

Ukrayna Volya Fondu adlı qeyri-kommersiya təşkilatının təsisçisi Nataliya Vyetrovanın ukraynalı həmvətənlərinə kömək etmək üçün sadəcə bir laptop və kiçik masaya ehtiyacı var.

Müharibədən öncə davamlı moda mütəxəssisi olan Nataliya indi vaxtını ukraynalı uşaqlara müharibə ilə əlaqədar travmanın öhdəsindən gəlməyə kömək etməyə sərf edir. O buna ABŞ-da Ukraynaya dəstək nümayişində qərar verib.

"Mən nümayişlərdən birində ikən, yanlış yerdə olduğumu dərk etdim. Mənim öz xalqımın, ukraynalıların yanında olmaq istəyim onlara buradan kömək etmək istəyimdən böyük idi. Ona görə də bir səhər oyanıb, həyat yoldaşıma dedim ki, "mən gedirəm." Mən bilet aldım, iki gün sonra isə çantamı yığıb, getdim," o deyib.

İlk səfərdən sonra, o, Vaşinqtona bir planla qayıdıb. O, ianə toplayıb, Lvivə geri dönüb.

İki ay sonra o, Lvivdə didərgin düşən insanlar üçün mərkəzi təchiz edə bilib. O, onlarla ailəyə kifayət qədər geyim, yemək və diqqət verilməsini təmin edib.

Ancaq bundan sonra qayğılarına qaldığı insanların fiziki əşyadan daha çoxuna ehtiyaclarının olduğunu dərk edib.

"Mənim üçün ən vacib şey uşaqlardır. Mənim zəif yerim…Eyni zamanda heç kim müharibənin verdiyi travmadan danışmırdı. Ona görə də, mən bu haqda danışmağa başladım və insanlar isə "Sən nə danışırsan? Yemək, geyim yoxdur, yataq çatışmır, sən isə psixoloji yardımdan danışırsan" dedilər," Vyetrova deyir.

Onun qurduğu proqram uşaqlara təbii fəlakətlərdən tutmuş, vəhşi cinayətlər və müharibəyə kimi hər cür travmaların öhdəsinən gəlməyə yardım etməkdə ixtisaslaşan klinik psixoloqlar tərəfindən tərtib edilib.

Proqram böyüklərə uşaqlarla travmaları haqda danışmaq və onları geridə qoymağa imkan yaratmaq üçün oyunlardan istifadə edir.

Müharibənin başlamasından bir il ötür və Vyetrova deyir ki, o, insanlarda gecikmiş travmanın özünü biruzə verməyə başladığını görür. Nataliya hər kəsdən, o cümlədən Ukraynanın birinci ledisindən yardım istəyir.

"Biz Olena Zelenska ilə görüşməliyik, bizim hökumətin yardımına ehtiyacımız var. O, uşaqların psixoloji vəziyyəti ilə bağlı danışmağa başlayan ilk insanlardan biri idi - və təkcə uşaqların deyil. Amma hər kəs təsirlənib. Bütün ukraynalılar travma alıb. Bir ana və ya ata uşağına necə kömək edə bilər, əgər özü də tramva alıbsa?" - o bildirir.

Bu gün Vyetrova Ukraynaya növbəti səfərini planlaşdırır. O oraya uşaqlar üçün isti geyim və psixoloji yardım göstərmək üçün yeni üsullar aparacaq.

O, milyonlarla başqaları kimi müharibənin bitməsini istəyir, ancaq müharibə bitəndən sonra da yardımı davam etdirməyi planlaşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG