Accessibility links

Avstraliya tibbi istifadə üçün MDMA və "sehrli" göbələkləri qanuniləşdirir


Avstraliya Narkotiklərlə Mübarizə Agentliyi cümə günü elan edib ki, daha çox ekstaz və halüsinogen göbələklər kimi tanınan MDMA və psilosibin adlı psixodelik dərmanlardan tezliklə depressiya və travma sonrası stressin müalicəsində istifadə olunacaq.

Psixiatrlar iyul ayından etibarən iki maddəni təyin edə biləcək. Terapevtik Mallar İdarəsi "müəyyən xəstələr üçün potensial faydanın kifayət qədər sübutunu" tapdığını bildirib. Bu iki dərman hazırda "qadağan olunmuş maddələrdir" və onlardan yalnız yüksək nəzarət altında klinik sınaqlarda istifadə edilə bilər.

İdarə tibbi şəraitdə istifadə edildikdə onların "nisbətən təhlükəsiz" olduğunu və xəstələrə kömək edə biləcək "dəyişmiş şüur vəziyyəti"ni təmin etdiyini bildirib.

Cənubi Avstraliya Universitetində psixi sağlamlıq və intiharın qarşısının alınması üzrə tədqiqatçı Mayk Masker bu addımı "xoş gəldin" adlandırıb.

"Cəmiyyətdə travma sonrası stress pozğunluğundan (TSSB) və depressiyadan əziyyət çəkən bir çox insan var, xüsusən hərbi veteranlar və standart psixiatrik dərmanların işləmədiyi və rahatlama gətirdiyi təcili xidmətlərdə işləyən insanlar var" - deyə, o bildirib.

Masker deyib ki, bu iki dərman "tormozları azaldır" və insanlara mürəkkəb şəkilləri və xatirələri bərpa etməyə kömək edə bilər.

Hələlik MDMA və psilosibinin istifadəsi depressiya və PTSD müalicəsi ilə məhdudlaşacaq.

Lakin bunu müdafiə edənlər bir gün onlardan alkoqol asılılığı, obsesif-kompulsiv və yemək problemlərini müalicə etmək üçün istifadə edəcəklərinə ümid edir.

Psixodeliklərdən min illərdir yerli xalqlar tərəfindən istifadə olunur, lakin Qərb tədqiqatçıları yalnız keçən əsrin ortalarında onların potensial istifadələrini ciddi şəkildə araşdırmağa başlayıb.

Narkotiklər 1960-cı illərin əks-mədəniyyət hərəkatının simvoluna çevrilərək, qadağan edilib.

Kanada və ABŞ-ın səlahiyyətli orqanları MDMA və psilosibinin tibbi istifadəsinə artıq icazə verənlər arasındadır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG