Accessibility links

Bakıda və regionlarda qar yağacaq, yollar buz bağlayacaq


Bakıda və rayonlarda qar yağacaq, temperatur 8-10 dərəcə aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumaat görə, Bakıda və Abşeron yarımadasında fevralın 7-si günün ikinci yarısından 10-dək güclü şimal-qərb küləyi əsəcək.

Məlumata görə, fevralın 8-də havanın tutqun, axşama doğru yağıntılı olacağı, gecə sulu qara keçəcəyi, 9-da fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 9-10-da gecə və səhər saatlarında 1-3 dərəcə şaxta olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, fevralın 7-də gecə saatlarından başlayaraq respublikanın əvvəlcə qərb rayonlarında, günün ikinci yarısında şimal rayonlarında, 8-dən isə əksər rayonlarda yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənildiyi bildirilir. Dağlıq və dağətəyi rayonlarda yağıntıların intensivləşəcəyi ehtimalı var. Fevralın 10-da yağıntılar tədricən zəifləyəcək. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Fevralın 11-dək yollar buz bağlayacaq.

XS
SM
MD
LG