Accessibility links

İran Azərbaycanında etirazlarla əlaqədar mühakimə edilən bir çox vətəndaşın məhkəmə işinə xitam verilib


Təbriz
Təbriz

İranın ali liderinin verdiyi şərtli və məhdud "əfv sərəncamı" əsasında İran Azərbaycanının müxtəlif şəhərlərində müvəqqəti azadlıqda olan çox sayda vətəndaşın məhkəmə işinə xitam verilib.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Təbriz, Urmiyə, Ərdəbil, Zəncan və Həmədan kimi şəhərlərdə məhkəmə qurumları son aylardakı etirazlar ilə əlaqədar mühakimə olunan çox sayda vətəndaşa "peşman olduqlarına dair yazılı təəhhüd" imzaladıblar. Öncədən hazırlanmış "təəhhüd" sənədini imzalayan vətəndaşların məhkəmə işinə xitam verilib.

Həbs hökmü almış və ya hökm almadan həbsxanalarda saxlanılan bir çox vətəndaş da keçən 10 gün ərzində məhdud əfv sərəncamı əsasında sərbəst buraxılıblar.

Hüquq müdafiəçiləri vətəndaşların "yazılı təəhhüd" imzalamağa məcbur edilməsinə işarə edərək onları sərbəst buraxılmasının əfv əsasında deyil, şərti azadlıq olduğunu önə çəkirlər.

Keçən il sentyabr ayında bir gənc qadının Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda yüzlərlə etirazçı öldürülüb, 10 minlərlə vətəndaş həbs edilib.

XS
SM
MD
LG