Accessibility links

Livanlı əmanətçilər Beyrut banklarını yandırıb


Cümə axşamı onlarla livanlı etirazçı nağd pulun çıxarılmasına illərlə qoyulan qeyri-rəsmi məhdudiyyətlərə və sürətlə pisləşən iqtisadi vəziyyətə etiraz olaraq, Beyrutun bir məhəlləsində yolları bağlayıb və banklara hücum edib.

Pulları ölkənin bank sektorunda ilişib qalan əmanətçiləri təmsil edən "Depositors Outcry"ın nümayəndəsi cümə axşamı Livan funtunun yeni rekord həddə çatdığı üçün azı altı bankın hədəf alındığını bildirib.

Yanğınsöndürənlər Badaro məhəlləsində yanan bir bankı su şırnağı ilə söndürməyə çalışarkən, çevik polis qüvvələri qalxanlarla yaxınlıqda keşik çəkib.

2019-cu ildən bəri Livan bankları ABŞ dolları və Livan funtunun banklardan çıxarılmasına qanunla rəsmiləşdirilməmiş məhdudiyyətlər qoyub ki, bu da əmanətçilərin öz vəsaitlərini məhkəmə yolları və çox vaxt zorakılıqla əldə etmələrinə səbəb olub.

Ölkənin maliyyə sektoru 2019-cu ildə iflasa uğrayandan bəri Livan funtu dəyərinin 98%-dən çoxunu itirib. Cəmi iki gün əvvəl bir dollar üçün funt əldə 80 min olduğu halda, cümə axşamı ucuzlaşaraq, təxminən 70 min olub.

Ölkənin böhranla mübarizədə çətinlik çəkən Mərkəzi Bankı funtun nəyə görə çökdüyü və problemi həll etmək üçün nə etdiyi ilə bağlı sorğulara cavab verməyib.

Livanın baş nazirinin ofisi ölkədə maliyyə vəziyyətinin düzəldilməsi üçün işlərin davam etdiyini bildirib.

Livan 2022-ci ilin aprelində Beynəlxalq Valyuta Fondunun "Xilasetmə Proqramı" ilə təmin edilməsi istiqamətində ilk addımını atsa da, təxminən bir il keçməsinə baxmayaraq, lazım olan islahatları həyata keçirə bilməyib.

XS
SM
MD
LG