Accessibility links

Antoni Blinkenin Avropaya səfəri başlayıb


ABŞ Dövlət katibi Antoni Blinken cümə günü Avropaya səfər edib. O, Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.

Dövlət katibi Rusiyanın Ukraynaya təcavüzünün birinci ildönümü ərəfəsində Türkiyə və Yunanıstana da səfər edəcək.

Üç günlük Münhen Təhlükəsizlik Konfransı cümə günü açılıb.

İllik konfransda ABŞ-ın vitse-prezidenti Kamala Harris, Almaniya kansleri Olaf Şolz, Fransa prezidenti Emmanuel Makron, NATO-nun baş katibi Yens Stoltenberq və Çin diplomatı Vanq Yi iştirak edir.

Dövlət Departamenti bildirib ki, Münhendə Blinkenin Ukraynaya gələcək dəstəyi, həmçinin güclü zəlzələdən zərər çəkmiş Türkiyə və Suriya xalqına yardımı müzakirə etmək üçün bir neçə görüş keçirəcək.

Ukrayna Rusiyanın yeni böyük hücumuna hazırlaşarkən, konfransda iştirak edən Qərb liderləri, çox güman ki, Kyivi dəstəkləməkdə öz öhdəliklərini təsdiqləyəcəklər.

Dövlət Departamentinin yüksək rütbəli rəsmisi bildirib ki, ABŞ Rusiya işğalının birinci ildönümü ilə bağlı elan ediləcək böyük yardım paketi üzərində işləyir.

Rusiyaya qarşı yeni sanksiyalar paketinin də açıqlanacağı gözlənilir.

XS
SM
MD
LG