Accessibility links

Makron: İndi Rusiya ilə dialoq deyil, Ukraynaya dəstəyin artırılması vaxtıdır


Fransa prezidenti Emmanuel Makron cümə günü Moskva ilə bağlı mövqeyini sərtləşdirərək, müttəfiqlərini Rusiyanın işğalının qarşısını almaq üçün Ukraynaya hərbi dəstəyi artırmağa çağırıb. Makron indi Rusiya ilə dialoq zamanı olmadığını deyib.

Makron bəzi NATO müttəfiqləri tərəfindən Ukrayna və Rusiya arasındakı müharibə ilə bağlı ziddiyyətli siyasət bəyanatlarına görə tənqid edilib, bəziləri isə Parisi Qərb ittifaqında "zəif halqa" kimi görür.

Cümə günü o, əvvəllər qəbul edilmiş kursu düzəltməyə çalışıb.

Münhen Təhlükəsizlik Konfransındakı çıxışında "indi Rusiya ilə dialoq zamanı deyil" deyərək əlavə edib ki, Moskvanın qonşu ölkəyə təxminən bir ildir davam edən işğalı "uğursuz olmalıdır".

Makron Ukraynaya dəstəyi artırmaq niyyətində olduğuna işarə edib: "Ukrayna xalqına və ordusuna müqavimət göstərmək üçün dəstəyimizi və səylərimizi mütləq şəkildə gücləndirməliyik və onlara əks hücuma keçməyə kömək etməliyik ki, bu da yalnız Ukrayna, onun xalqı, onun hakimiyyət orqanları və onun müəyyən etdiyi etibarlı danışıqlara imkan verə bilsin".

"Biz bu gün (səylərimizi) intensivləşdirməyə hazırıq və uzunmüddətli münaqişəyə hazırıq... Bu, Rusiyanın danışıqlar masası arxasına qaytarılması və davamlı sülhün qurulmasının yeganə yoludur" - deyə, Fransa lideri əlavə edib.

Avropa uzun sınaqlara hazır olacaqsa, Makron bildirib ki, blok yenidən silahlanmaya daha çox pul xərcləməli və təchizat zəncirlərini Aİ olmayan tərəfdaşlara deyil, qitəyə qaytarmalıdır.

O, Aİ-ni yaya qədər birgə müdafiə investisiya proqramı hazırlamağa çağırıb: "Avropa Avropanı müdafiə etmək istəyirsə, silahlanmalı, NATO-nun qarşılıqlı fəaliyyət imkanlarından istifadə etməli və Avropa torpaqlarında istehsal gücünü artırmalıdır".

XS
SM
MD
LG