Accessibility links

Qadın xarici işlər nazirləri Əfqanıstanda qadın hüquqlarına qoyulan məhdudiyyətləri pisləyir


Arxiv fotosu - Əfqanıstanda qadınlar və qızlar Kabildə Təhsil Nazirliyinin qarşısında keçirilən nümayiş zamanı qızlar üçün orta məktəblərin yenidən açılmasını tələb edən şüarlar səsləndirirlər, 26 mart 2022-ci il.
Arxiv fotosu - Əfqanıstanda qadınlar və qızlar Kabildə Təhsil Nazirliyinin qarşısında keçirilən nümayiş zamanı qızlar üçün orta məktəblərin yenidən açılmasını tələb edən şüarlar səsləndirirlər, 26 mart 2022-ci il.

Münhendə keçirilən Təhlükəsizlik Konfransında iştirak edən 11 qadın xarici işlər naziri birgə bəyanat yayaraq, Əfqanıstanda Talibanın “qadınları ictimai həyatdan kənarlaşdırmaq” səylərini pisləyib.

Bəyanat Albaniya, Andorra, Belçika, Kanada, Fransa, Almaniya, İslandiya, Kosovo, Lixtenşteyn, Monqolustan və Sloveniyanın xarici işlər nazirləri tərəfindən verilib.

“Qadınlar parklarda gəzmək imkanından məhrum edilirlər, onlar artıq televiziya ekranlarında göstərilmir, məktəb və universitetlərdə oxumaq hüququndan məhrum edilirlər, indi isə humanitar yardım sahəsində işləmək imkanlarından məhrum edilirlər,” birgə bəyanatda qeyd edilir.

Bəyanatda “Talibanın Əfqanıstan əhalisinin yarısını cəmiyyətdən təcrid etməklə insan haqlarını kobud şəkildə pozduğu və ölkənin gələcəyini təhdid etdiyi” deyilir.

Birgə bəyanatda Taliban qadınlara qoyulan məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırılır.

“Biz xüsusilə də onların humanitar yardımın çatdırılmasında mühüm roluna gəldikdə qadınlara qoyulan bu məhdudiyyətlərin aradan qaldırılması çağırışınıda həmrəyik. Bu, Əfqanıstanda qadın, uşaq və kişilərə ən təcili yardımın göstərilməsi üçün əsasları bərpa edəcək,” bəyanatda bildirilir.

Bəyanatda həmçinin “İranın cəsur qadın və kişilərinin öz hüquq və azadlıqları uğrunda hər gün apardıqları mübarizəndə” dəstək ifadə edilib.

XS
SM
MD
LG