Accessibility links

ABŞ Türkiyə və Suriyaya zəlzələ ilə əlaqədar əlavə 100 milyon dollar yardım göndərir

ABŞ dövlət katibi Antoni Blinken və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Hatay vilayətində zəlzələdən zərər çəkmiş bölgələri helikopterlə izlədikləri zaman ərazinin ümumi görünüşü, 19 fevral 2023.

Birləşmiş Ştatlar 46 mindən çox insanın ölümünə və milyonlarla insanın evsiz qalmasına səbəb olan dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək məqsədilə Türkiyə və Suriyaya daha 100 milyon dollarlıq humanitar yardım ayırır. Bu barədə Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken bildirib.

Yeni maliyyə yardımı ilə ABŞ-ın ümumi yardımı 185 milyon dollara çatdırılır. Bunun xilasetmə və bərpa işlərində iştirak edən beynəlxalq və qeyri-hökumət qruplarına veriləcəyi bildirilir.

“Faciəli zəlzələlərə cavab olaraq ABŞ bu günə qədər 185 milyon dollarlıq humanitar yardım göstərib. Amerika şirkətləri, icmaları və ayrı-ayrı şəxslər də səxavətlə kömək edir,” Blinken Twitter səhifəsində yazıb.

Fevralın 19-da zəlzələnin dağıdıcı nəticələri ilə yaxından tanış olmaq üçün Türkiyəyə səfər edən ABŞ dövlət katibi Antoni Blinken yeni yardımın ədyal, döşək, qida dəsti, isti geyim, çadır və sığınacaqlar üçün ləvazimatların alınmasına kömək edəcəyini bildirib.

ABŞ dövlət katibi Antoni Blinken Türkiyədə Adana yaxınlığında İncirlik hərbi hava bazasında ABŞ hərbçilərinə yardım daşımağa kömək edir, 19 fevral 2023.
ABŞ dövlət katibi Antoni Blinken Türkiyədə Adana yaxınlığında İncirlik hərbi hava bazasında ABŞ hərbçilərinə yardım daşımağa kömək edir, 19 fevral 2023.

Blinken türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Hatayda zəlzələ nəticəsində dağıntıları helikopterdə havadan izləyib.

Yardım həmçinin səhiyyə və tibbi xidmətlər, təmiz su və sanitiriya səyləri və zəlzələdən zərər çəkmiş uşaq və gənclərin təhsilinə yönəlmiş proqramların dəstəklənməsini nəzərdə tutur.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG