Accessibility links

Sanksiyaya məruz qalan Rusiya BƏƏ sərgisində döyüşdə sınaqdan keçirilmiş silahları nümayiş etdirir


Bazar ertəsi Rusiya Birləşmiş Ərəb Əmirliklərində keçirilən silah sərgisində tüfənglər və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, sınaqdan keçirilmiş silahları nümayiş etdirib.

Əbu-Dabidəki Beynəlxalq Müdafiə Sərgisində (IDEX) ayrıca pavilyonda Moskvanın dövlətə məxsus silah ixracatçısı Rosoboroneksport bildirib ki, onun 200-dən çox tammiqyaslı silah, sursat və hərbi texnika modeli var.

IDEX sərgisində Rusiya zirehli texnikası, hücum helikopterləri və zenit-raket sistemləri də nümayiş etdiri. Belə ki, zərərverici Qərb sanksiyaları prezident Vladimir Putini silah ixracı üçün yeni bazarlar tapmağa məcbur edir.
BƏƏ Rusiyanın Ukraynada ildönümünə yaxınlaşan müharibəsində bitərəf qalır. Neftlə zəngin bu körfəz ölkəsi həm də Qərbin sanksiyalarının nəticələrindən qaçan varlı rusiyalı mühacirlərin əsas hədəfinə çevrilib.

Rusiya BƏƏ-nin paytaxtında həftənin sonuna qədər davam edəcək və regionun ən böyüyü sayılan iki ildən bir keçirilən silah sərgisində iştirak edən 65 ölkədən biridir.

Rusiyanın TASS dövlət xəbər agentliyinin məlumatına görə, sanksiyalar altında olan Rusiya baş nazirinin müavini Denis Manturov bazar ertəsi IDEX-ə baş çəkib.

"BƏƏ Rusiya Federasiyası ilə ticarət dövriyyəsinə görə ərəb ölkələri arasında birinci yeri saxlayıb", TASS onun sözlərindən sitat gətirib.

"2022-ci ildə Rusiya ilə BƏƏ arasında ticarət dövriyyəsi 68% artaraq 9 milyard dollara çatıb"- deyə o bildirib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya dünyada ABŞ-dan sonra ikinci ən böyük silah ixracatçısıdır.

IDEX-dən əvvəl verdiyi açıqlamada Rosoboroneksport rəhbəri Aleksandr Mixeyev Yaxın Şərq ölkələrini "vacib tərəfdaşlar" adlandırıb və onun firmasının region ölkələri üçün "təcili maraq doğura biləcək təkliflər hazırladığını" deyib.

O, TASS-a bildirib ki, "Rosoboroneksport" xarici tərəfdaşlara kəşfiyyat və zərbə vuran pilotsuz təyyarələr təklif etməyə hazırlaşır.

Corctaun Universitetinin Fulbrayt alimi Albert Vidal 2000-2019-cu illər arasında Rusiyanın Yaxın Şərqin silah idxalının 20%-ni təmin, lakin Ərəb Körfəzinin silah bazarında Amerika və Avropa firmalarının hökmranlıq etdiyini deyib.
"Rusiya şirkətləri BƏƏ-nin daha çoxşaxəli təchizatçılar hovuzu axtarışından faydalanmağa çalışsalar da, Əbu-Dabi ilə müdafiə müqavilələrini bağlamaq asan olmayacaq" - deyə, o, AFP-yə bildirib.

Rusiyadan əlavə, İsrail IDEX ilə birlikdə açılan Dəniz Müdafiəsi və Dəniz Təhlükəsizliyi Sərgisində (NAVDEX) də iştirak edib.

BƏƏ və İsrail Əbu-Dabi sahillərində ilk birgə pilotsuz gəmi istehsal edibl. Qabaqcıl sensorlar və təsvir sistemlərinə malik olan müşahidə, kəşfiyyat və minaların aşkarlanması üçün istifadə edilə bilən gəmi İsrail Aerokosmik Sənayesi (IAI) və Əmirliyin müdafiə konsorsiumu EDGE tərəfindən yaradılıb.

XS
SM
MD
LG