Accessibility links

Cill Baydenin Namibiyaya qeyri-rəsmi səfəri davam edir


ABŞ-ın birinci xanımı Cill Bayden cümə axşamı Namibiya paytaxtı yaxınlığındakı qəsəbəyə qeyri-rəsmi səfəri zamanı nəzərəçarpacaq dərəcədə təsirlənib. O, dünyanın ən qeyri-bərabər ölkələrindən olan Namibiya qəsəbəsində keçirdiyi bir saatın çoxunu ABŞ tərəfindən maliyyələşdirilən proqramların gənc benefisiarlarının mübarizələrini və qalibiyyətlərini təsvir etmələrini dinləyib

Qəfil gündüz fırtınası tələsik tikilmiş Katutura məhəlləsinin metal damlarını vurduqca, Bayden yeniyetmələr və gənclərin ABŞ tərəfindən maliyyələşdirilən yerli Ümid Təşəbbüsü proqramı ilə işlərindən danışarkən diqqətlə dinləyib.

Amerikanın Səsi ondan bu hekayələri geri gətirəcəyini, Prezidentin iyirmi ildir HİV və QİÇS yükü ilə mübarizə aparan ölkələrə həyati dəstək verən QİÇS-ə Yardım üzrə Fövqəladə Planının uzadılması üçün lobbiçilik edib-etməyəcəyini soruşub.

"Konqresə lobbiçilik edib-etməyəcəyimi bilmirəm, amma mütləq onu geri gətirəcəm və bunun hara getdiyini görəcəyik. Demək istədiyim odur ki, o, nə qədər insanın həyatını xilas edib və məncə, 20 ildən sonra nə qədərinsanın həyatını xilas etməkdə davam edəcək? Bəli, 20 il. Ona görə də çox gözəl proqramdır".

Çərşənbə günü Cənub-Qərbi Afrika ölkəsi Namibiyada Baydenin birinci xanım kimi qitəyə ilk səfərinin mövzusu analıq və bacılıq olub. O, həmçinin jurnalistin ABŞ-ın qadın prezident olmağa hazır olub-olmadığı ilə bağlı sualına cavab verərək, hansı ölkədə olmağından asılı olmayaraq, hər zaman qadın prezidentin olmasının vaxtıdır” deyib. O, qadın liderliyini tərifləyib.

Günün əvvəlində Bayden Namibiyanın birinci xanımı Monika Qeinqos və onun həyat yoldaşı, prezident Haqe Qeingob ilə dəbdəbəli, şərabla dolu dövlət naharında Namibiyanın canlı demokratiyasını təqdir edib.

Cümə axşamı həm də Namibiyanın müstəqillik əldə etdikdən sonra parlamentin yuxarı palatasının ilk iclasının 30-cu ildönümü idi.

Prezidentin üçüncü arvadı, Namibiya sahibkarı və hüquqşünası Qeinqos dekabrda Vaşinqtonda ABŞ-ın Afrika Liderləri Sammitində görüşdükdən sonra Baydeni ziyarətə dəvət etdiyini deyib.

Cümə günü Bayden universitet tələbələri ilə gənclərin səlahiyyətlərinin artırılması haqqında danışmağı planlaşdırır.

Cill Bayden keçən il prezident Co Bayden administrasiya rəsmilərini qitəyə göndərəcəyini vəd etməsindən sonra ölkəyə səfər edən ilk Ağ Ev rəsmisidir. O, bu regiona ilin əvvəlində maliyyə naziri Janet Yellen və ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfilddən sonra səfər edib.

XS
SM
MD
LG