Accessibility links

Yılmaz Mehrəlibəyli Şərqi Azərbaycan Vəkillər Kollegiyasının qarşısında piket keçirib


Yılmaz Mehrəlibəyli
Yılmaz Mehrəlibəyli

Vəkillik imtahanını keçməsinə rəğmən mədəni fəaliyyətləri səbəbilə lisenziya ala bilməyən Yılmaz Mehrəlibəyli İranda "Vəkillər Günü" münasibəti ilə Təbrizdə Şərqi Azərbaycan Vəkillər Kollegiyası binasının qarşısında piket keçirib.

Sosial mediada paylaşılan görüntürlərdə Mehrəlibəylinin üzərində "Azərbaycan millətinin hüququnu müdafiə etdiyim üçün vəkillik işindən məhrum edildim" və "vəkillər birliyi qalmalı, [başqalarına] tabe olan idarə heyəti getməlidir" yazılmış plakatlar nümayiş etdirdiyi görünür.

Yılmaz Mehrəlibəyli öz Instagram səhifəsində həm hakimlərin, həm də vəkillərin İran höküməti tərəfindən təyin edildiyini önə çəkib.

"Vəkillər Birliyi və hakimlərin müstəqilliyi məhkəmə ədalətinin zəruri şərtidir. Həm hakimin həm də vəkilin təyini hökümətin səlahiyyətində olduğu zaman ədalətdən danışmaq olmaz. Hökümət istəyir ki, matçın hakimi onun lehinə, qapıçısı olmayan rəqibə qarşı pelanti təyin etsin" , Mehrəlibəyli yazıb.

Təbrizli vəkil Sina Yusufi daha əvvəl öz Twitter hesabında Vəkillər Kollegiyasının Yılmaz Mehrəlibəyliyə lisenziya verməkdən imtina etdiyinə dair məktubun surətini yayımlayıb.

Məktubda yazılıb ki, "[kollegiyanın] idarə heyətinin 2022-ci il 1 fevral tarixində aldığı qərara əsasən, Yılmaz Mehrəlibəyliyə vəkil lisenziyası verilməsi rədd edilib."

Yusufinin yazdığına görə, "Yılmaz Mehrəlibəyli çətin vəkillik imtahanından keçdi. Ancaq təhlükəsizlik qurumu Mehrəlibəylinin heç bir məhkumluq keçmişi olmamasına rəğmən onu haqqından məhrum etdilər. Vəkillər birliyinin idarə heyəti isə heç bir etiraz etmədən təhlükəsizlik qurumunun bu müdaxiləsinə zəmin yaratdı".

Culfa şəhərində sakin olan Mehrəlibəyli ailəsi illərdir ki, İran Azərbaycanında türk dil haqları və digər hüquqlar uğrunda fəaliyyət göstərirlər. Ailənin bəzi üzvləri, o cümlədən Yürüş Mehrəlibəyli daha əvvəl fəaliyyətləri səbəbilə həbs və mühakiməyə məruz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG