Accessibility links

Təbriz və Ərdəbildə təqaüdçülər etiraz aksiyası keçirib


Təqaüdçülər Ərdəbil valilik binasının qarşısında etiraz aksiyası keçirib
Təqaüdçülər Ərdəbil valilik binasının qarşısında etiraz aksiyası keçirib

Təbriz şəhərində təqaüdçülər Şərqi Azərbaycan Valiliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Sosial mediada yayılan xəbərə görə, Təbriz şəhərində təqaüdçülər yaşayış şəraitinə etiraz olaraq, İranın digər şəhərləri ilə eyni vaxtda etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları təqaüdlərinin yetərli olmaması, inflyasiya və məişət şəraitinə etiraz bildiriblər.

Etiraz edən təqaüdçülər fars dilində “söz bəsdir, süfrəmiz boşdur” və “haqqımızı alana qədər geri dönməyəcəyik” şüarları səsləndiriblər.

Yayımlanan video-görüntülərdə təhlükəsizlik qüvvələrinin etiraz aksiyasının keçirildiyi yerdə olduğu göstərilir.

İran Azərbaycanının digər şəhəri olan Ərdəbildə də təqaüdçülər valilik binası qarşısında etiraz aksiyası keçiriblər.

Qəzvin şəhərində təqaüdçülərin etiraz aksiyasında “Rusiyanı burax, bizim duruma bir çarə qıl” şüarı səsləndirilib.

Eyni zamanda, İranın digər şəhərlərində, o cümlədən Ərak, İlam, Kirmanşah, Rəşt, Tehran və Kərəcdə də təqaüdçülərin etiraz aksiyaları keçirilib.

Bu aksiyalar daha əvvəl elan edilmiş təqaüdçülərin ümummilli mitinq çağırışından sonra baş tutub.

Aksiya iştirakçıları İranda inflyasiya və təqaüdlərin aşağı olmasına etiraz olaraq şüarlar səsləndiriblər. Təqaüdçülər habelə müalicə xərclərinin baha olmasına etiraz edib, sığorta şirkətlərinin onların müalicə xərclərinin çox az hissəsini ödədiyini bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00
XS
SM
MD
LG