Accessibility links

Siyasi fəal Davud Şiri Təbriz İnqilab Məhkəməsinə çağırılıb


Davud Şiri
Davud Şiri

Keçən ilin may ayında Təbrizdə qardaşı ilə birlikdə nəzarət altına alınıb və iki həftə sonra müvəqqəti azadlığa buraxılan Davud Şiri Təbriz İnqilab Məhkəməsinə çağırılıb.

Şirinin vəkili Sina Yusufi çağırış vərəqəsinin surətini öz Twitter hesabında paylaşıb.

Sənəddə yazılanlara görə, türk fəaldan aprel ayının 18-də İnqilab Məhkəməsinin ikinci şöbəsinə müraciət etməsi tələb olunub.

Yusufi Davud Şirinin "nizama qarşı təbliğat fəaliyyəti" göstərməkdə ittiham edildiyini bildirib. Vəkilin yazdığına görə, İranda vətəndaşlar illərdir ki, ana dilində təhsil haqqı kimi konstitusion hüquqlarını tələb etdikləri üçün "nizama qarşı təbliğat" kimi əsassız ittihamlarla üzləşirlər.

Davud və Əyyub Şiri qardaşları 2022-ci ilin may ayında nəzarət altına alınıb və təqribən 2 həftə sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Şiri qardaşları keçmiş illərdə də fəaliyyətləri səbəbilə dəfələrlə saxlanılıb və mühakimə olunublar.

Onlar 2019 ilinin noyabr ayında artan benzin qiymətinə qarşı etirazlara qatılmaq ittihamı ilə İranın kəşfiyyat qüvvələri tərəfindən saxlanılıb və təqribən 100 gün sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar. Qardaşlar həmin ittihamla 6 ay həbsə məhkum edilib və həbs müddətini Təbrizin mərkəzi həbsxanasında keçirdilər.

XS
SM
MD
LG