Accessibility links

Con Herbst: Qərbin dəstəyi azalmadığı təqdirdə Ukrayna müharibədə qalib gələcək 


Con Herbst: Qərbin dəstəyi azalmadığı təqdirdə Ukrayna müharibədə qalib gələcək 
please wait

No media source currently available

0:00 0:05:00 0:00

Con Herbst: Qərbin dəstəyi azalmadığı təqdirdə Ukrayna müharibədə qalib gələcək 

Rusiya Baxmut da daxil olmaqla, Ukraynanın şərqində bir sıra bölgələrə hücumlarını gücləndirir. Ukrayna ordusunun rəsmisi çərşənbə axşamı Ukrayna və Rusiya qüvvələri arasında şiddətli döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhəri ətrafındakı vəziyyəti "son dərəcə gərgin" adlandırıb. Vaşinqtonda Atlantik Şuranın Avrasiya Mərkəzinin direktoru, ABŞ-ın Ukraynada və Özbəkistanda keçmiş səfiri Con Herbst Amerikanın Səsinə müsahibə Ukraynanın Baxmut şəhərinin Rusiya üçün əhəmiyyətini, ABŞ-ın Ukraynanı döyüş təyyarələri ilə təmin etməmək qərarını və müharibənin başa çatması ehtimalını şərh edib.

Amerikanın Səsi: Rusiyanın Baxmuta hücumu şiddətləndirdiyi və şəhəri mühasirə etməyə çalışdığı deyilir. Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi Baxmutda vəziyyətin getdikcə mürəkkəbləşdiyini deyib. Baxmut nə üçün bu qədər vacibdir? Baxmutun rusların əlinə keçməsi müharibəsinin gedişatını dəyişə bilərmi və necə dəyişər?

Con Herbst: Baxmut Rusiya üçün kiçik orta-ölçülü taktiki bir yerdir. Yəni onlar onu ələ keçirsə, bu, onların Slovyansk və Kramatorska doğru irəliləmələrini asanlaşdıracaq ki, onlar rusların ələ keçirmək istədiyi başqa hədəflərdir. Onlar həmin şəhərlərə nəzarət edirdi. Yəni, 2014-cü ildə Slovyanska nəzarəti ələ keçirmişdilər, amma sonra itirdilər. İndi nəzarəti yenidən bərpa edə bilərlər. Kramatorsku isə 2014-cü ildə ələ keçirməklə hədələmişdilər, və ya ələ keçirmişdilər, amma çox qısa müddət əllərində tuta bilmişdilər. Hər halda, Baxmutun bir qədər strateji əhəmiyyəti var, amma məhduddur.

Ancaq onun Putin üçün böyük siyasi əhəmiyyəti var, çünki o, Baxmutun taktika olaraq dekabrın ortalarına qədər ələ keçiriləcəyini söyləmişdi. Amma artıq 2 ay yarım keçib və onlar hələ də bunu etməyib. Ruslar Baxmut ətrafında əldə etdikləri kiçik irəliləyiş üçün böyük bədəl ödəyiblər. Şəhərin strateji əhəmiyyəti onların vedikləri bədəllə müqayisə oluna bilməz. Amma Putin siyasi məqsəd üçün bir mükafat axtarır və hazırda onun əsas əhəmiyyəti budur.

Amerikanın Səsi: Birləşmiş Ştatlar, Prezident Zelenskinin çox sayda çağırışlarına baxmayaraq, Ukraynaya, ən azından hələ ki, F-16 döyüş təyyarələri göndərməyi rədd edib. Sizcə, ABŞ niyə Ukraynaya qırıcı təyyarələr göndərməkdən çəkinir? Və siz ABŞ-ın F-16-larla bağlı mövqeyinin yaxında dəyişəcəyini gözləyirsinizmi?

Con Herbst: Birləşmiş Ştatlar davamlı olaraq, hətta böyük hərbi müdaxilə başlamadan öncə belə Ukraynaya ehtyacı olan silahları göndərməkdə ehtiyatlı davranıb. Vəziyyət belədir ki, Ukrayna istəyir, istəyir, istəyir, administasiya isə yox, yox, yox deyir. Sonra isə nəhayət hə deyir. Bu, hətta Javelin və Stringer kimi nisbətən çox qabaqcıl olmayan hərbi texikada da belə oldu. Əslində, Javelinda o qədər də deyil, amma hərbi müdaxilədən əvvəl və dərhal sonra daha çox Stringerlərdə belə oldu. Daha sonra 85 kilometr mənzilli HIMARS-ları, gəmi əleyhinə raketlər, tanklar, Patriot kimi hava hücumundan müdafiə sistemlərini təmin edərkən də belə oldu. Bütün bu hallarda administrasiya başda yox deyib, sonra hə. Çox güman ki, F-16-larla da belə olacaq. Amma, kim bilir, onlar nə zaman hə deyəcək.

Amerikanın Səsi: Kyivin Rusya qüvvələrinin əlinə keçəcəyini proqnozlaşdırırdı, amma bu baş vermədi. Ukrayna qüvvələri Rusiya qoşunlarına müqavimət göstərə və hətta itirdiyi bəzi ərailərini geri ala bilib. Sizcə, bu erkən proqnozların səhv çıxmasının arxasındakı səbəb nədir?

Con Herbst: Açığını desəm, Rusiyanın planları məsələsində çox gözəl iş görən ABŞ kəşfiyyatı Ukraynanın özünü müdafiə etmək imkanlarını müəyyən etməkdə bir fəlakət idi. Və təkcə ABŞ kəşfiyyatı deyil, çox sayda təhlilçilər də.

Açığı, buna mənim özümü assosiasiya etdiyim çevrə, generallar Bridlov, Hodces və Klark, habelə Koffi, Deyvid Kramer, Bill Teylor kimi təhlilçilər daxil deyil. Biz hamımız başa düşürdük ki, ötən il Ukrayna Rusiyaya məğlub olmayacaqdı, Kyiv rusların əlinə keçməyəcəkdi. Ona görə də mən ABŞ kəşfiyyatının niyə bu qədər səhv nəticə çıxardığını bilmirəm, amma bu belə oldu. Mən isə təəccümlənmədim, mənim özümü assosiasiya etdiyim 20-dən çox insandan ibarət qrup da təəccüblənmədi.

Amerikanın Səsi: Siz müharibənin nə zaman başa çatacağını gözləyirsiniz? Və nə dərəcədə nikbinsiniz?

Con Herbst: Qərbin dəstəyi azalmadığı təqdirdə Ukrayna bu müharibədə qalib gələcək, çünki, birincisi, onların ordusu səriştəlidir. Rusiya ordusu isə o qədər də bacarıqlı deyil. İkincisi isə, onların xalqı, sözün əsl mənasında həyatları, ukaynalı kimilikləri uğrunda mübarizə aparırlar. Rus əsgərlərin bu müharibədə maraqları yoxdur. Bu çox vacibdir. Bundan əlavə Rusiya hərbi müdaxilə etmək kimi çox pis qərarına görə NATO-nun Finlandiya və İsveçin daxil olması ilə genişlənməsi, Rusiyaya böyük böyük sanksiyaların qoyulnası ki, onlar kifayət qədər effetiv olmasa da, təsirləri var. Və Qərbin Ukrayna ordusunu dəstəkləməsi, Qərbin NATO ölkələri ilə Rusiya arasında Rusiyaya qarşı öz mövqeyini gücləndirməsi kimi ağır bədəl ödəyir.

XS
SM
MD
LG