Accessibility links

Simin Səbri: Millətlər və qadınların haqlarını tanımayanlar İranın gələcəyinə siyasi alternativ kimi təqdim edilir


Simin Səbri
Simin Səbri

Amerikanın Səsinə danışan siyasi fəal Simin Səbrinin sözlərinə görə, hazırda ölkə xaricində media gücünə sahib olan iranlı müxalif qüvvələr İrandakı son kütləvi etirazların şüarları və mahiyyətinə sadiq deyillər.

Simin Səbri İranda küçə etirazlarının səngiməsi ilə birlikdə xaricdə fəaliyyət göstərən farsdilli media İran toplumundakı fərqli və müxtəlif baxışları keçmişə görə daha az işıqlandırmağa başladı.

Simin Səbri: Millətlər və qadınların haqlarını tanımayanlar İranın gələcəyinə siyasi alternativ kimi təqdim edilir
please wait

No media source currently available

0:00 0:15:27 0:00
Direct link

“İranda şiddətli basqı və edamlar nəticəsində baş qaldırmaların azalmasına və müəyyən bölgələlərə məhdud olmasına səbəb oldu. Bu vəziyyətdə xaricdə də, farsdilli media ki, bəzən məsələn biz türklərin də nümayəndələrini dəvət edib və səs verirdilər, artıq bu dəvətlərin sayı azaldı,” siyasi fəal söyləyir.

Səbri İran toplumundakı müxtəlifliyi görməzdən gələn qüvvələrin aparıcı farsdilli media tərəfindən reklam olunduğunu ifadə edir:

“İranda təmərküzləşən bir sistem tərəfdarı olan qüvvələrin çıxardıqları şoular nəticəsində həm ölkə daxili həm də ölkə xaricində elə əks edildi ki, hazırda siyasi alternativ təkcə təmərküzləşən sistem tərəfdarı olanların əlindədir. Elə əks edildi ki, ancaq bunlar öndərdir... İndi ki səslər azalıb, bir çox insan deyir ki, xalqın mübarizəsini öz adlarına çıxdıqları üçün, xalq çəkilib oturub evində.”

Simin Səbri İran daxilində fəaliyyət göstərən və işçi, tələbə, qadın və hüquq müdafiə qurumlarından ibarət olan 20 müxalif təşkilatın yayımladığı bəyanatı isə ümid verici hesab edir.

20 təşkilatın “İranın müstəqil əmək və vətəndaş təşkilatlarının minimum tələblər bəyannaməsi” adı altında yayımladığı sənəddə siyasi məhbusların azadlığı, edam hökmünün ləğvi, mətbuat və ifadə azadlığının təmini, qadın-kişi bərabərliyi, əməkçilərin hüquqlarının təmini, habelə müxtəlif etnik və dini azlıqlara qarşı ayrı-seçkiliklərə son qoyulması kimi tələblər qeyd olunub.

“Ümid edirəm içəridə mədəni qruplar tərəfindən verilən bu siqnal gəlib xaricə də çatsın,” Simin Səbri söyləyir.

Səbri xaricdə birlik adı ilə keçirilən və aparıcı media tərəfindən təbliğ edilən toplantılarda qadınların və qeyri-fars icmaların təmsil etdiyi diskursa yer verilmədiyini önə çəkir.

“Biz qadın söyləmi urğunda meydanda savaş vermiş qadınları, bizlərdən və ya fars etnik icmasından feministləri burada görmürük. Xaricdə, bu o qədər əyri yola getməyə başladı ki, həm millətləri görməzdən gəlirlər, həm gender bərabərliyini,” siyasi fəal əlavə edir.

XS
SM
MD
LG