Accessibility links

ABŞ-ın müvəqqəti işlər vəkili Lənkəranda yenilikçi tələbələrlə görüşüb


Hüqo Qevara Lənkəranda (Mənbə: ABŞ səfirliyi)
Hüqo Qevara Lənkəranda (Mənbə: ABŞ səfirliyi)

Lənkəran rayonunda (Bakıdan 247 kilometr cənub, İranla sərhəd) səfərdə olan ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara martın 3-də Lənkəran Dövlət Universitetində Amerika guşəsini ziyarət edib və səkkiz həftəlik “Azərbaycanın Cənub Bölgələrinin Gəncləri üçün Texnovasiya” proqramının istedadlı yenilikçi tələbələri ilə görüşüb.

ABŞ səfirliyinin məlumatında deyilir ki, Astara, Lənkəran, Lerik, Yardımlı, Massalı və Cəlilabaddan olan iştirakçılar bu səkkiz həftəlik proqramı başa vuraraq İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) və kompüter proqramlaşdırması və kodlaşdırması sahələri üzrə öz biliklərini artırıblar.

Müvəqqəti işlər vəkili qalib komandaları güclü və innovativ biznes modelləri və ideyalarına görə təbrik edib.

XS
SM
MD
LG