Accessibility links

Əhəd Əhədli: Saxta xəbərlərlə mübarizə sahəsində qanun qəbul edilməsi effektiv üsul deyil 


Əhəd Əhədli, Fakt Yoxla saytının araşdırmaçısı
Əhəd Əhədli, Fakt Yoxla saytının araşdırmaçısı

Fakt Yoxla saytının araşdırmaçısı Əhəd Əhədli Amerikanın Səsinə müsahibəsində saxta xəbərlərin geniş yayılmasının səbəbləri, o cümlədən saxta xəbərlərin yayılmasının qarşısının alınması sahəsində mübarizə üsullarından danışıb.

Amerikanın Səsi: Müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi Fake News, yəni saxta xəbərlərin geniş yayılması üçün da geniş imkanlar açıb. Bu Azərbaycanda cəmiyyətlər və insanlar üçün hansı fəsadlar yaradır?

Əhəd Əhədli: Həm sosial mediada, həm də ənənəvi mediada dərc olunan saxta xəbərlərin fəsadları aşağı-yuxarı eynidir. Önəmli fəsadlar bunlardır ki, saxta xəbərlər insanların düşüncəsinə təsir edir, ictimai rəyi yönləndirə bilir. Manipulyativ formada yönləndirə bilir. İnsanların demokratik təsisatlara, mediaya inamını zəiflədə bilir. Bundan başqa onların maliyyə durumlarına təsir edə bilir. Biz bunu birjalarda spekulyasiyalar vaxtı görə bilirik. Bundan başqa saxta xəbərlər insanların sağlamlığına ziyan vura bilir.

Amerikanın Səsi: Fake News qarşı effektiv mübarizə üsulları varmı? Xəbərin doğru olmamasını necə müəyyən etmək olar?

Əhəd Əhədli: Effektiv mübarizə üsulu müxtəlif aspeklərdən dəyərləndirilə blər. Burada həm hökümətin üzərinə düşən vəzifələr var, həm də medianın üzərinə düşən vəzifələr var. Həmçinin fakt yoxlama savadlılığı işi ilə məşğul olan təşkilatların üzərinə düşən işlər var. Məsələn hökümətin üzərinə düşən iş nə ola bilər? O ola bilər ki ölkədə media azadlığını, ifadə azadlığını təmin eləsin. Bu dövlətin və ya hökümətin öhdəliklərindən biri kimi qiymətləndirilə bilər. Və yaxud məsələn orta məktəblərdə media savadlılığı ilə bağlı fənnin tədrisə salınması hökümətin bu sahədə edə biləcəyi pozitiv addımlardan biri ola bilər. Məsələn, media qurumlarının nə edəcəyi ilə bağlı onu deyə bilərik ki, onlar daha professional jurnalistlərlə işləmək, öz işlərinə daha çox diqqət yetirmək, saxta xəbərlərin onların jurnalistlər vasitəsilə yayılmasının qarşısını almaq kimi müxtəlif tədbirlər görə bilərlər.Və yaxud fakt yoxlama qurumları da bu sahədə dezinformasiyaları yoxlayaraq cəmiyyəti məlumatlandırmaq və yaxud onların media savadlılığını artırmaq üçün tədbirlər görə bilərlər.

Əhəd Əhədli: Saxta xəbərlərlə mübarizə sahəsində qanun qəbul edilməsi effektiv üsul deyil
please wait

No media source currently available

0:00 0:06:29 0:00

Amerikanın Səsi: Saxta xəbərlərin yayımının qarşısını almaq üçün dövlətlər hansısa milli mexanizmlər yarada bilibmi? Yalan məlumatların istehsalçılarına qarşı cəza tədbirlərinin tətbiqi mümkündürmü?

Əhəd Əhədli: Bu ən çox müzakirə olunan mövzulardan biridir. Dezinformasiyalarla bağlı, hər hansı qanunun qəbul olunsun. Amma burada önəmli nüans ondan ibarətdir ki, əksər ekspertlərin fikrincə bunu etmək çox effektiv olmayacaq. Daha pisi bu tip qanunlar hökümətlərin, xüsusilə də avtoritar hökümətlərin əlində alətə çevriləcək. Bundan jurnalistlərə qarşı, azad mediaya qarşı sui-istifadə oluna bilər. Ona görə də əksər müstəqil ekspertlərin fikrincə bu tip qanunlar qəbul etmək effektiv deyil və təhlükəlidir. Onlar təklif edirlər ki, burada daha çox maarifləndirmə tədbirləri sahəsində bu tip saxta məlumatların qarşısının alınmasına nail olunsun. Bununla bağlı sosial çarxlar hazırlana bilər. Bütün hallarda buna qarşı qanun qəbul olunması effektiv sayılmır.

Amerikanın Səsi: Saxta xəbərlər daha çox hansı sahədə özünü biruzə verir?

Əhəd Əhədli: Burada önəmli nüanslardan biri də budur ki, hansı hadisənin baş verməsi daha çox əhəmiyyət daşıyır. Məsələn 2020-cil il Qarabağ müharibəsi gedən zaman Azərbaycan kontekstini deyirəm, çox ciddi dezinformasiyalar yayılırdı. Biz bunu ötən il Ukrayna kontekstində də gördük ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan mediasında da müharibə ilə bağlı dezinformasiyalar çox geniş yayılmağa başladı. Müxtəlif hadisələr zamanı, məsələn, seçkilərlə bağlı dezinformasiyalar yayılır. Bu əsasən hadisə və gündəmlə əlaqədardır. Amma Rusiya-Ukrayna müharibəsi daha uzunmüddətli olduğuna görə bu cür böyük hadisə daha çox diqqət cəlb edir.

XS
SM
MD
LG