Azərbaycanın din xadimləri və dövlət qurumlarının rəhbərlərinin Yuta ştatına səfəri sona çatıb

Azərbaycanın dini və dövlət qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyətinin üzvləri Yuta ştatının vitse-qubernatoru Diedre Hendersonla görüşüb, 1 mart, 2023. (Foto Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təqdim edilib.)
Azərbaycanın dini və dövlət qurumlarının rəhbərlərinin ABŞ-ın Yuta ştatının Salt Leyk Siti şəhərinə rəsmi səfəri martın 4-də başa çatıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nagiyev, Azərbaycandakı Dağ Yəhudiləri icmasının sədri Melix Yevdayev, Alban-Udi xristian icmasının rəhbəri Robert Mobili, Roma Katolik kilsəsinin Azərbaycandakı nümayəndəsi Vladimir Fekete ilə təmsil olunub.
Azərbaycan nümayəndə heyətinin üzvləri səfər zamanı Yuta ştatının vitse-qubernatoru Diedre Henderson, ştatın Senatının prezidenti Stüart Adams, “İsa Məsih Sonuncu Günlərin Müqəddəsləri“ kilsəsinin rəhbərləri, Salt Leyk Siti şəhərinin yəhudi və müsəlman icmasının üzvləri, Azərbaycan diaspora nümayəndələri ilə görüşüb, Brigham Young Universitetində dinlərarası dialoq mövzusunda müzakirələrdə iştirak ediblər.
“Bu gün Azərbaycan Respublikasından belə böyük dinlərarası nümayəndə heyətini Kapitolidə qəbul etmək mənim üçün şərəf idi. Biz azərbaycanlı dostlarımızı və onların dini etiqad azadlığına sadiqliyini çox yüksək qiymətləndiririk,” vitse-qubernator Diedre Henderson Twitter səhifəsində yazıb.
Tolerantlıq, dinlərarası əməkdaşlıq və qarşılıqlı anlaşma tərəflər arasında müzakirələrin diqqət mərkəzində olub. Görüşlərdə Yuta ştatı və Azərbaycan arasında müxtəlif sahələrdə ələqələrin möhkəmləndirilməsi ilə yanaşı, dinlərarası münasibətlərin gücləndirilməsi istiqamətində əməkdaşlığın artırılmasının tərəflər üçün faydalı ola biləcəyi ifadə olunub.
Yuta ştatının Senatında Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşdə Azərbaycanda dini tolerantlıq, multikulturalizm ənənəsi və dinlərarası harmoniyanın qorunması ilə bağlı qəbul edilmiş bəyannamə təqdim edilib. Bəyannamədə Azərbaycanın dini tolerantlıq ənənəsinə sadiq qalaraq, regionda nümunə olduğu, ölkədə dinlərarası əməkdaşlıq dəyərlərinin gücləndirilməsi istiqamətində səylərin təqdir olunduğu qeyd edilib.
Bu, Yuta ştatının qanunvericilik orqanında Azərbaycanla bağlı qəbul edilmiş ilk sənəd deyil. 2014-cü ildə ştatın qanunvericilik orqanı Azərbaycanın Türk dünyasında və Müsəlman Şərqində ilk demokratik dövlət qurması və qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən biri olduğu vurğulanmışdı.
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Yuta ştatı və Azərbaycan arasında tolerantlıq, dinlərarası anlaşma və multikulturalizm baxımından oxşar cəhətlərin olduğunu qeyd edib. O, Amerikanın Səsinə dini icmaların nümayəndələri, siyasi rəhbərlik və biznes liderləri ilə görüşlərdə Azərbaycanda multikulturalizm dəyərlərinin dəstəklənməsinin bir numunə olaraq vurğulandığını deyərək, bunu “Azərbaycanın təbii gücü” adlandırıb. Xəzər İbrahim səfərin Azərbaycan və Yuta ştatı, eləcə də ABŞ və Azərbaycan arasında qarşılıqlı əlaqələrin güclənməsinə xidmət etdiyini bildirib.
“Bu səfər özü-özlüyündə böyük əhəmiyyət daşıyır, çünki Yuta da müxtəlif dinlərin cəmləşdiyi bir yerdir və eyni zamanda, ən tolerant yerlərdən biridir. Və səfər zamanı bütün görüşlərdə nənki bu məqamlar vurğulanmışdı, eyni zamanda, biz nələr edə bilərik, bu töhfələr Yuta üçün, Azərbaycan üçün, Amerika Birləşmiş Ştatları üçün, ABŞ-Azərbaycan münasibətləri üçün hansı formada təsirə malik ola bilər.”
Azərbaycanın dini və dövlət qurumları rəhbərlərinin Yuta ştatına səfəri
1/14Yuta ştatının Brigham Young Universitetində dinlərarası dialoq mövzusunda müzakirələrdən sonra Azərbaycan nümayəndə heyətinin üzvləri və universitet tələbələri birgə foto çəkdirib, 2 mart, 2023.
Azərbaycanın din xadimləri və dövlət qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyəti fevralın 28-dən martın 4-nə qədər Birləşmiş Ştatların Sterling Fondu və "İsa Məsih Sonuncu Günün Müqəddəsləri" kilsəsinin birgə dəvəti ilə ABŞ-ın Yuta ştatının Salt Leyk Siti şəhərinə səfər edib.
2/14Salt Leyk Siti şəhərində Kol Ami sinaqoqunun ravvini Samuel Spekter Azərbaycan nümayəndə heyəti ilə görüşdə yəhudi icmasının üzvlərinə Azərbaycana səfəri zamanı Quba rayonunda yəhudilərin yaşadığı Qırmızı Qəsəbəyə ziyarəti haqda danışır, 2 mart, 2023.
Azərbaycanın din xadimləri və dövlət qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyəti fevralın 28-dən martın 4-nə qədər Birləşmiş Ştatların Sterling Fondu və "İsa Məsih Sonuncu Günün Müqəddəsləri" kilsəsinin birgə dəvəti ilə ABŞ-ın Yuta ştatının Salt Leyk Siti şəhərinə səfər edib.
3/14Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Yuta ştatı Senatının prezidenti Stüart Adamsla, 1 mart, 2023. (Foto Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təqdim edilib)
Azərbaycanın din xadimləri və dövlət qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyəti fevralın 28-dən martın 4-nə qədər Birləşmiş Ştatların Sterling Fondu və "İsa Məsih Sonuncu Günün Müqəddəsləri" kilsəsinin birgə dəvəti ilə ABŞ-ın Yuta ştatının Salt Leyk Siti şəhərinə səfər edib.
4/14Yuta ştatının Senatında Azərbaycanda dini tolerantlıq, multikulturalizm ənənəsi və dinlərarası harmoniyanın qorunması ilə bağlı bəyannamə qəbul edilib.
Azərbaycanın din xadimləri və dövlət qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyəti fevralın 28-dən martın 4-nə qədər Birləşmiş Ştatların Sterling Fondu və "İsa Məsih Sonuncu Günün Müqəddəsləri" kilsəsinin birgə dəvəti ilə ABŞ-ın Yuta ştatının Salt Leyk Siti şəhərinə səfər edib.
5/14Salt Leyk Siti şəhərinin Kol Ami sinaqoqunda Azərbaycan nümayəndə heyətinin yəhudi icmasının üzvləri ilə görüşü keçirilib, 2 mart, 2023.
Azərbaycanın din xadimləri və dövlət qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyəti fevralın 28-dən martın 4-nə qədər Birləşmiş Ştatların Sterling Fondu və "İsa Məsih Sonuncu Günün Müqəddəsləri" kilsəsinin birgə dəvəti ilə ABŞ-ın Yuta ştatının Salt Leyk Siti şəhərinə səfər edib.
6/14Salt Leyk Siti şəhərinin Kol Ami sinaqoqunda yəhudi icmasının üzvləri ilə görüş zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Azərbaycanda dini tolerantlıq və dinlərarası münasibətlər haqda danışıb, 2 mart, 2023.
Azərbaycanın din xadimləri və dövlət qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyəti fevralın 28-dən martın 4-nə qədər Birləşmiş Ştatların Sterling Fondu və "İsa Məsih Sonuncu Günün Müqəddəsləri" kilsəsinin birgə dəvəti ilə ABŞ-ın Yuta ştatının Salt Leyk Siti şəhərinə səfər edib.
7/14Yuta ştatının Brigham Young Universitetində Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib, 2 mart, 2023.
Azərbaycanın din xadimləri və dövlət qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyəti fevralın 28-dən martın 4-nə qədər Birləşmiş Ştatların Sterling Fondu və "İsa Məsih Sonuncu Günün Müqəddəsləri" kilsəsinin birgə dəvəti ilə ABŞ-ın Yuta ştatının Salt Leyk Siti şəhərinə səfər edib.
8/14Yuta ştatının Brigham Young Universitetinin tələbələri Azərbaycanın din xadimləri və dövlət qurumlarının rəhbərləri ilə dinlərarası dialoq mövzusunda müzakirələrdə iştirak ediblər, 2 mart, 2023.
Azərbaycanın din xadimləri və dövlət qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyəti fevralın 28-dən martın 4-nə qədər Birləşmiş Ştatların Sterling Fondu və "İsa Məsih Sonuncu Günün Müqəddəsləri" kilsəsinin birgə dəvəti ilə ABŞ-ın Yuta ştatının Salt Leyk Siti şəhərinə səfər edib.
9/14Azərbaycanın din xadimləri və dövlət qurumlarının rəhbərləri Yuta ştatının Brigham Young Universitetində dinlərarası dialoq mövzusunda müzakirələrdə iştirak ediblər, 2 mart, 2023.
Azərbaycanın din xadimləri və dövlət qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyəti fevralın 28-dən martın 4-nə qədər Birləşmiş Ştatların Sterling Fondu və "İsa Məsih Sonuncu Günün Müqəddəsləri" kilsəsinin birgə dəvəti ilə ABŞ-ın Yuta ştatının Salt Leyk Siti şəhərinə səfər edib.
10/14Azərbaycanın din xadimləri və dövlət qurumlarının rəhbərləri Yuta ştatının Brigham Young Universitetində dinlərarası dialoq mövzusunda müzakirələrdə iştirak ediblər, 2 mart, 2023.
Azərbaycanın din xadimləri və dövlət qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyəti fevralın 28-dən martın 4-nə qədər Birləşmiş Ştatların Sterling Fondu və "İsa Məsih Sonuncu Günün Müqəddəsləri" kilsəsinin birgə dəvəti ilə ABŞ-ın Yuta ştatının Salt Leyk Siti şəhərinə səfər edib.
11/14Yuta ştatının Brigham Young Universitetinin rəhbərliyi Azərbaycanın dini və dövlət qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyətinin üzvləri ilə görüşür, 2 mart, 2023.
Azərbaycanın din xadimləri və dövlət qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyəti fevralın 28-dən martın 4-nə qədər Birləşmiş Ştatların Sterling Fondu və "İsa Məsih Sonuncu Günün Müqəddəsləri" kilsəsinin birgə dəvəti ilə ABŞ-ın Yuta ştatının Salt Leyk Siti şəhərinə səfər edib.
12/14Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Yuta ştatının vitse-qubernatoru Diedre Hendersonla görüşüb. (Foto- Qafqaz Müsəlmanları Idarəsi tərəfindən təqdim edilib.)
Azərbaycanın din xadimləri və dövlət qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyəti fevralın 28-dən martın 4-nə qədər Birləşmiş Ştatların Sterling Fondu və "İsa Məsih Sonuncu Günün Müqəddəsləri" kilsəsinin birgə dəvəti ilə ABŞ-ın Yuta ştatının Salt Leyk Siti şəhərinə səfər edib.
13/14Azərbaycan nümayəndə heyətinin üzvləri Yuta ştatının vitse-qubernatoru Diedre Hendersonla görüşüb, 1 mart, 2023. (Foto-Qafqaz Müsəlmanları İdarəsi)
Azərbaycanın din xadimləri və dövlət qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyəti fevralın 28-dən martın 4-nə qədər Birləşmiş Ştatların Sterling Fondu və "İsa Məsih Sonuncu Günün Müqəddəsləri" kilsəsinin birgə dəvəti ilə ABŞ-ın Yuta ştatının Salt Leyk Siti şəhərinə səfər edib.
14/14Salt Leyk Siti şəhərinin görünüşünü
Azərbaycanın din xadimləri və dövlət qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyəti fevralın 28-dən martın 4-nə qədər Birləşmiş Ştatların Sterling Fondu və "İsa Məsih Sonuncu Günün Müqəddəsləri" kilsəsinin birgə dəvəti ilə ABŞ-ın Yuta ştatının Salt Leyk Siti şəhərinə səfər edib.
Previous slide
Next slide
Xəzər İbrahim Yuta ştatı və Azərbaycan arasında elm və təhsil sahəsində əməkdaşlığın genişləndirildiyini vurğulayaraq, Brigham Young Universitetində Amerikada ilk dəfə olaraq Azərbaycan dilinin tədris edilməsini xüsusi qeyd edib. Səfir Azərbaycan dilinin tədrisinin gələn semestrdə davam etdiriləcəyini və universitetdə təhsil alan Amerika tələbələrinin Azərbaycana dəvət olunduğunu bildirib.
Xəzər İbrahim Azərbaycan nümayəndə heyətinin Yuta statına səfərinin Azərbaycan və ABŞ arasında iqtisadi, biznez və siyasi əlaqələrin genişlənməsinə təsir göstərəcəyinə inandığını bildirib.
Azərbaycanın dini və dövlət liderlərinin nümayəndə heyətinin ABŞ-a fevralın 28-dən martın 4-nə qədər davam edən səfəri Birləşmiş Ştatların Sterling Fondu və “İsa Məsih Sonuncu Günlərin Müqəddəsləri“ kilsəsinin birgə dəvəti əsasında baş tutub. ABŞ-ın Yuta ştatı və Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədilə tərəflər son illərdə bir sıra səfərlər həyata keçirib.