Accessibility links

Ukraynada əlbəyaxa döyüşləri gedir


Böyük Britaniyanın Müdafiə Nazirliyi bazar günü bildirib ki, Rusiyanın Ukraynaya il boyu davam edən işğalının böyük hissəsi ölkənin şərq bölgələrində piyada döyüşlərinə çevrilib, buna qismən də Moskva qüvvələrinin artilleriya sursatları çatışmazlığı səbəb olub.

London son qiymətləndirməsində bildirib: “Son sübutlar Ukraynada yaxın döyüşlərin artdığını göstərir. Bu, çox güman ki, Rusiya komandanlığının əsasən atlı piyadalardan ibarət hücum əməliyyatında israrını davam etdirməsinin nəticəsidir”.

Nazirlik bildirib ki, ötən ayın sonlarında Rusiya ehtiyatda olan hərbçiləri səfərbər edib və onlar "sadəcə odlu silah və kürəklərlə" Ukraynanın beton nöqtəsinə hücum əmri verildiyini deyib.

Ehtiyatda olan hərbçilərdən biri "nə fiziki, nə də psixoloji cəhətdən" hərəkətə hazır olmadığını bildirib.

Bu arada, Baxmutda dayanan Ukrayna qoşunları şənbə günü Rusiya qüvvələrinin artan təzyiqi ilə üzləşib. Belə ki, mülki şəxslər mühasirəyə alınmış şərq şəhərini tərk etmək üçün yardım alıb.

Ukrayna ordusunun nümayəndəsi Associated Press-ə bildirib ki, Baxmutu maşınla tərk etmək indi çox təhlükəlidir, ona görə də mülki insanlar piyada qaçmalıdırlar. Ukrayna əsgərləri mülki əhalinin yaxınlıqdakı Xromove kəndinə çatmasına yardım edərək, onlar üçün körpü qurub.

Ukrayna hərbçilərinin bildirdiyinə görə, müvəqqəti körpüdən qaçmaq istəyərkən bir qadın həlak olub, iki kişi isə ağır yaralanıb.

Böyük Britaniya hərbi kəşfiyyat rəsmiləri və digər Qərb analitiklərinin dediyinə görə, Ukrayna əsgərləri şəhərin yaxınlığındakı iki əsas körpünü, o cümlədən biri Çasiv Yara qədər olan körpünü dağıdıb və onların sonuncu tədarük marşrutunu kəsiblər.

Körpünün dağıdılması Kyivin bölgəni tərk etməyə hazırlaşdığına işarə ola bilər.

Müharibənin Tədqiqi İnstitutu bildirib ki, Ukrayna qoşunları Çasiv Yar körpüsünü dağıtmaqla Şərqi Baxmutun xüsusilə çətin bölgələrindən məhdud və nəzarətli geri çəkilmə həyata keçirə və eyni zamanda rusların onları təqib etməsini çətinləşdirə bilər.

XS
SM
MD
LG