Accessibility links

Azərbaycan ordusunun hərbi qulluqçusu minaya düşərək həlak olub


İstehkamçı minaaxtaran itin köməkliyi ilə mina axtarılır (Arxiv)
İstehkamçı minaaxtaran itin köməkliyi ilə mina axtarılır (Arxiv)

Azərbaycan ordusunun hərbi qulluqçusu Kamran Hüseynovun martın 4-də xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda hadisənin hansı yerdə baş verdiyi bildirilməsə də, minanı Ermənistan tərəfinin yerləşdirdiyi qeyd edilib.

Məlumatla bağlı hələlik həmin hərbi qulluqçunun yaxınları və Ermənistan tərəfindən münasibət bildirilməyib.

Rəsmi qurumların məlumatına görə 2020-ci ilin noyabrından indiyədək Azərbaycanda 269 nəfər mina partlaması nəticəsində xəsarət alıb. Onlardan 47 nəfər həlak olub. Həlak olanların 35 nəfəri mülki insanlardır.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, münaqişə olan ərazilərdə yüz minlərlə mina var.

XS
SM
MD
LG