Accessibility links

Toivo Klaar: Aİ Azərbaycan-Ermənistan normallaşma prosesinə bundan sonra da öz töhfəsini verəcək


Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Azərbaycan prezidentinin rəsmi internet saytının məlumatına görə, görüşdə İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşü məmnunuqla xatırladıb və Azərbaycanın Brüssel sülh gündəliyinə sadiq olduğunu vurğulayıb.

Toivo Klaar da öz növbəsində Münhendə Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidentinin səmərəli görüşünü qeyd edib və Avropa İttifaqının da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcəyini deyib.

Görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar martın 5-də Bakıya gəlib.

Aİ-nin Xüsusi Nümayəndəsinin ofisinin məlumatına görə Xüsusi Nümayəndə yüksək səviyyəli müntəzəm məsləhətləşmələr çərçivəsində martın 6-da Bakıda görüşlər keçirəcək.

"Yenidən Bakıya. Münhen görüşlərindən sonra sülh prosesini inkişaf etdirmək üçün Azərbaycan rəhbərliyi ilə əsaslı görüşləri gözləyirik. Bu gün baş verən ölümcül insident sabitliyə və ədalətli sülhə nail olmaq üçün danışıqları təcicli irəli aparmağın vacibliyini vurğulayır", Toivo Klaar Twitter hesabındaqeyd edib.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsinin Bakıya səfəri Qarabağda Azərbaycan hərbçiləri ilə ermənilər arasında silahlı insidentin baş verdiyi günə təsadüf edir. Hər iki tərəf ölənlərin və yaralananların olduğunu bildirir.

Fevralın 18-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə görüşü keçirilib.

“Biz inanırıq ki, Ermənistan və Azərbaycanın 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhü təmin etmək üçün həqiqətən tarixi imkanları var. Tərəflər özləri birbaşa danışıqlar yolu ilə, eləcə də Avropa İttifaqı və bizimlə birgə diqqətlərini sülh prosesinə yönəldiblər. Birləşmiş Ştatlar istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır,” Dövlət Katibi görüşdən sonra Twitter hesabında qeyd edib.

XS
SM
MD
LG