Accessibility links

Ukraynalı qadınların moda dünyasındakı şah əsərləri


Ukraynalı qadınların moda dünyasındakı şah əsərləri
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Oscar de la Renta, Calvin Klein, Alexandra Alonso Rojas və bir çox başqaları öz kolleksiyalarını ukraynalı qadınların əllə toxunduğu məhsullarla hazırlayırl. Rusiyanın Ukraynanı işğal etməsindən bir il keçir, lakin müharibəyə baxmayaraq, ukraynalı qadınlar işləməyə davam edirlər.

Moda jurnallarının səhifələrində və podiumda - yüksək moda dünyasında ukraynalı qadınların toxunduğu geyim parçalarını görmək olar.

Amerikanın Səsinin onun soyadından istifadə etməsini istəməyən Lena bir çox ukraynalı qadınlardan biridir.

"Bu gün Krivyi Roqda toxuculuqla bağlı başqa bir qadına zəng etdim. Dedi ki, Lena, mən indi danışa bilmirəm, hücum altındayıq."

Lena Ukraynanın hər yerində, o cümlədən Kyiv, Xerson və Krivyi Roqda onlarla toxucuya nəzarət edir. Elektrik sönəndə də belə şam işığında toxuyurlar. Bununla belə onlar Amerika moda brendlərinin moda nümayişlərinə daxil etikləri əl işi olan şah əsərləri yaratmağı bacarırlar.

Libbi Tolm Texasda yerləşən Elite Knitting şirkətinin baş direktoru kimi həm ukraynalı qadınlar, həm də ABŞ dizaynerləri ilə işləyir.

"Biz Alejandra Alonso Rojas ilə işləmişik; biz Zac Posen ilə işləmişik; Calvin Klein üçün də bəzi işlər görmüşük".

Tolm deyir ki, dizaynerlər qadınların vəziyyətini bilirlər.

"Müharibənin əvvəlində Oskar de la Renta bizə çox kömək etdi. Onlar bütün trikotajçılarımızın Ukraynada olduğunu bilirdilər, ona görə də GoFundMe səhifəsi yaratdılar və biz onlardan bir parça almadan əvvəl toxucularımıza üç aylıq işlərinin haqqını əvvəlcədən ödəyə bildik".

Tolm deyir ki, bəzən aylarla toxucularından xəbər almırlar. Rusiya qüvvələrinin rabitə infrastrukturunu məhv etdiyi bir vaxtda qadınlarla əlaqə saxlamaq bəzən çətin olur.

"Hər dəfə onlardan necə olduqlarını soruşuruq və hər dəfə dediklərini eşitməyə qorxuruq".

Tolm deyir ki, toxucuların çoxunun Polşaya qaçmaq şansı olub, bu, onların işlərini asanlaşdırardı. Lakin o əlavə edir ki, indiyədək onların hər biri Ukraynada yaşayıb işləməyi seçib.

XS
SM
MD
LG