Accessibility links

ABŞ ordusunun komandiri Pekinin yaratdığı problemlərdən danışıb


ABŞ-ın Hind-Sakit Okeandakı ordusunun yüksək rütbəli komandiri bu yaxınlarda Çinin bölgədə hərbi güclənməsinin yaratdığı problemlərə diqqət yetirərək, ABŞ-ın potensial Çin təcavüzünün qarşısını almaq üçün gücləndirməli olduğu sahələrdə sursat çatışmazlığını vurğulayıb: "Mən 2014-cü ildən bəri quru qoşunlarını və PLA-nı [Xalq Qurtuluş Ordusu] izləyirəm".

ABŞ ordusunun Sakit Okean bölgəsindəki komandiri, general Çarlz A. Flinn keçən həftə Vaşinqtonda auditoriya qarşısında çıxış edib.

ABŞ ordu katibi Kristin Vormut ilə yanaşı oturan Flinn Çinin hərbi qüvvələrini "tarixi trayektoriya üzərində" hərəkət etdiyini, məşq keçirdiyini, təcrübə etdiklərini və bu qüvvələri nəyəsə hazırladıqlarını" qeyd edib.

O, 2014-cü ildən bu günə qədər Çin ordusunun Hind-Sakit Okean regionunda mövcudluğunun və potensialının davamlı olaraq artırılmasını, Çinin 2015-ci ildə həyata keçirdiyi modernləşdirmə ilə birlikdə qüvvələrin yenidən təşkilini və yeni strukturlaşdırılmış hərbi qüvvələrin yaradılmasını vurğulayaraq, American Enterprise Institute-da toplanan auditoriya ilə bölüşdü.

Flinn bildirib ki, 2018-ci ilə qədər Çin Cənubi Çin dənizində süni adalar inşa edib və silahlandırıb, eyni zamanda müasir əməliyyatları gücləndirib. Bu gün o, "raket qüvvələrindən tutmuş strateji dəstək qüvvələri, kosmos, kiber, quru və dənizə qədər fəaliyyətlər yükünü əhəmiyyətli dərəcədə artırıb.

Flinn Çinin ABŞ qarşısında üç üstünlüyə malik olduğunu deyib.

“Onlar daxili xətlər deyilən xətt üzərində işləyirlər. Əsas hədəflərinə yaxındırlar. Əminəm ki, hədəf Tayvan və torpaqdır. Onlarda ikinci üstünlük kütlədir. Və sonra əlbəttə ki, onlar geniş anbarlara malikdir. Onların çoxlu döyüş sursatı, oxları var" - deyə, Flinn qeyd edib.

Flinn Vaşinqton yaxınlığında yerləşən nəhəng beynəlxalq hava limanına işarə edərək, Çinin bölgədə topladığı əhəmiyyətli izləri arasından Qərb Komandanlığının tabeliyində 12 aerodrom olduğunu və onların əksəriyyəti Dulles hava limanı ölçüsündə olduğunu deyib.

Vormut qeyd edib ki, ABŞ Tayvan boğazı yaxınlığında Çinlə potensial münaqişə ssenarilərinə də diqqət yetirir.

O, Çin və Hindistan arasındakı sərhəd toqquşmalarında sıçrayışlar, Pekinin Cənubi Çin dənizində və ya Senkaku adaları ətrafında döyüşkən davranışı, Çin və Yaponiya arasında mübahisəli nöqtənin bu ssenarilər arasında olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG