Accessibility links

Qadın haqları fəalları Bakıda "8 Marş - Yaşamaq istəyirik" şüarı ilə yürüş keçirib


Martın 8-də Bakıda Fəvvarələr Meydanında qadın haqları fəalları "8 Marş - Yaşamaq istəyirik!" şüarı ilə yürüş keçirib.

Amerikanın Səsinin hadisə yerində olan müxbirlərinin məlumatına görə, aksiya iştirakçıları gender zorakılığına və qadınların qətlinə etiraz ediblər.

Fəallar "Qadının önünü kəsmə!", "Barışdırma, araşdır!", "Qadın qətlləri siyasidir!", "Yaşamaq istəyirik!", "Qoru həyatımızı, artır rifahımızı!", "Qadınları qətl etmə, Konvensiyanı rədd etmə!" , "Susmaq qızıl deyil!" və başqa şüarlarla plakatlar qaldırıb.

Martın 8-də Bakıda Fəvvarələr Meydanında qadın haqları fəalları "Marş 8 - Yaşamaq istəyiri!k" şüarı ilə aksiya keçirib.
Martın 8-də Bakıda Fəvvarələr Meydanında qadın haqları fəalları "Marş 8 - Yaşamaq istəyiri!k" şüarı ilə aksiya keçirib.

Aksiya iştirakçıları, həmçinin "İtaətkar yoxdur, feminist üsyanı var!", "Yengə dövlət istəmirik!", "Eşit evdən səsləri!" kimi şüarlar da səsləndirib.

Yürüş polisin müşayiəti altında keçirilib və fəlların qaldırdığı rəngli tüstü şaşkaları (fire) əllərindən alınıb. Aksiya zamanı saxlanılanlar olmasa da, yürüş zamanı süni sıxlıq yaradıldığı bildirilir.

Fəallar Bakının mərkəzində Natavan heykəlinin qarşısında yürüşünü tamamlayaraq bəyanatlarını səsləndirib.

Bəyanatda deyilir ki, yürüş iştirakçıları Azərbaycanda çoxsaylı qadın qətllərinə, qadın intiharlarına, gender əsaslı ayrıseçkiliyə, məişət zorakılığına, cinsi zorakılığa, azyaşlıların evliliyinə susa bilmir.

Martın 8-də Bakıda Fəvvarələr Meydanında qadın haqları fəalları "Marş 8 - Yaşamaq istəyiri!k" şüarı ilə aksiya keçirib.
Martın 8-də Bakıda Fəvvarələr Meydanında qadın haqları fəalları "Marş 8 - Yaşamaq istəyiri!k" şüarı ilə aksiya keçirib.

"Təkcə bu ilin fevral ayında mediada 11 qadının qətl edildiyi ilə bağlı xəbər dərc edilib. Bu qətllərlə yanaşı, qadınların patriarxat institutlar: dövlət, ailə, cəmiyyət tərəfindən sistematik formada müxtəlif zorakılıqlara məruz qaldığını görürük. Bu zorakılıq hadisələrinin bir çoxu azyaşlı uşaqların gözü qarşısında baş verib, həmçinin azyaşlılar özləri də zorakılıq hədəfinə çevriliblər. Fevralda həm də çoxlu sayda qadın siyasi qisas zəminində hədəfə çevriliblər və həyatları təhlükəyə atılıb.

Qadınlara qarşı baş verən sistematik zorakılıq və qətllər az deyilmiş kimi 2022-ci ilin sonları və 2023-cü ildən etibarən qiymət artımları və sosial müdafiəsizlik sayəsində iqtisadi rifahımız da kəskin pisləşmişdir. Bu hal qadınları daha çox asılı hala salır və zorakı mühitdən xilas olmaqlarına mane olur.

Ev təsərrüfatının idarəsini çiynində daşıyan, görünməz əməklə məşğul olan, tənha ana və ya çoxuşaqlı ana olan qadınlar daha da həssas qrupa çevrilir. Yoxsulluq həm də qadınları iş yerində seksual qısnamalara qarşı daha müdafiəsiz hala gətirir və cinsi istismarlarına yol açır. LGBTIQ+, əlilliyi olan və ya yaşlı qadınlar üçün yaşamaq ikiqat çətinləşir.

Biz kimliyimizə görə öldürülmədən və zorakılığa məruz qalmadan, yoxsulluq içində sürünmədən, siyasi qisas alətinə çevrilmədən yaşamaq istəyirik! Bu səbəbdən qadınlar və LGBTIQ+ üçün aşağıdakıları tələb edirik: Bizim həyati təhlükəsizliyimiz təmin edilsin! Bizim siyasi qisas alətinə çevrilməyimiz dərhal dayandırılsın! Bizə qarşı baş verən cinayətlər qanunauyğun və ədalətli şəkildə araşdırılsın və cinayətkarlar məsuliyyətə cəlb olunsun! İstanbul Konvensiyası qəbul edilsin! Vətəndaşların sosial rifahını yaxşılaşdıracaq siyasət həyata keçirilsin! Həssas qruplardan olan qadınların maddi təminatı üçün proqramlar həyata keçirilsin! Bizim şəbəkələşmə, birləşmə və mübarizəmiz üçün bütün maneələr aradan qaldırılsın!", sənəddə deyilir.

Martın 8-də Bakıda Fəvvarələr Meydanında qadın haqları fəalları "Marş 8 - Yaşamaq istəyiri!k" şüarı ilə aksiya keçirib.
Martın 8-də Bakıda Fəvvarələr Meydanında qadın haqları fəalları "Marş 8 - Yaşamaq istəyiri!k" şüarı ilə aksiya keçirib.

Azərbaycan hakimiyyəti bir qayda olaraq bu iddiaları qəbul etmir, ölkədə hər hansı cinsi ayrı-seçkiliyə yol verilmədiyini, qadınların bütün hüquqlarının qorunduğunu bəyan edir, məişət zorakılığının qarşısının alınması üçün hüquqi müstəvidə işlər apardığını bildirir.

Xatırlatma

Rəsmi rəqəmlər ölkədə məişət zorakılığı ucbatından son illər həyatını itirən qadınların sayca artdığını göstərir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkən 25449 nəfərin 1475-i və ya 5,8 faizi məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərdir. Məlumata görə, həmin cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 4,0 faiz azalıb. Onların da 81,1 faizini qadınlar (0,7 faiz azalma), 0,7 faizini (10,0 faiz artım) isə yetkinlik yaşına çatmayanlar təşkil edib.

Öz növbəsində ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan 544 müraciətdən psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib. Məlumata görə, şikayət edənlərin əksəriyyətinin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub. Zorakılıq törədənlərin 470 nəfəri kişi, 79 nəfəri isə qadındır.

XS
SM
MD
LG