Accessibility links

Rusiyadan təhdidlər Litvada təşvişlə izlənilir


Rusiyadan təhdidlər Litvada təşvişlə izlənilir 
please wait

No media source currently available

0:00 0:03:43 0:00

Rusiyadan təhdidlər Litvada təşvişlə izlənilir 

Rusiyanın Ukraynaya qarşı artıq ikinci ildir davam edən müharibəsi qonşu ölkələrdə də həyəcan və təşviş yaradır. Bu ölkələrdən biri olan Litva çoxlarının indi əvvəl olduğundan daha çox ehtimal etdiyi qarşıdurmaya hazır olmaq üçün səylərini ikiqat artırır. Bir çox litvalı Rusiyadan gələn mesajları ukraynalıların 2014 və 2022-ci illərdə hücümlardan əvvəl gördüklərinə bənzədir. Çoxlarının fikrincə, Rusiyadan gələn təhlükələr Litvada yeni mentalitetin formalaşmasına gətirib çıxarır.

Litva ordusunun piyadaları irəliləyir, əsas hədəf düşmənin mövqeyini tez bir zamanda ələ keçirməkdir. Bunlar sadəcə təlimlərdir, lakin bu döyüşçülər və bir çox litvalıya dünyanın bir il ərzində dəyişdiyi aydın olduğu üçün mümkün əsl müharibə üçün məşqlərdir.

Bu rutin məşqlər indi bu kişi və qadınlar üçün daha böyük məna daşıyır. Onların fikrincə, Litvanın mövcudluğu bundan asılıdır.

“Mən əsgərlərimdə və özümdə də motivasiyanın daha güclü olduğunu hiss edirəm. Qonşular yaxınlıqda olduğu üçün bizim düşüncə tərzimiz dəyişir. Və biz fərdi bacarıqlarımızın artırılması üzərində çox işləyirik. Məsələn, fərd olaraq həyatda qala bilmək və təbii ki, biz ayıqlıq göstəririk və hər zaman hazır olmalıyıq,” Litva ordusunun baş leytenantı Raminta Banisauskayte deyir.

Litva Avropa İttifaqının və ölkəyə Ukraynanın bir il əvvəl hücuma məruz qaldığı zaman malik olmadığı siyasi və hərbi dəstəyi təmin edən NATO-nun üzvüdür. Lakin müharibə öyrənməli daha çox şeyin olduğunu göstərdi.

Litvada yerləşdirilən NATO qüvvələri Ukrayna qüvvələrinin monitorinqi və Rusiyanın təcavüzünə qarşı müqavimət göstərə bildikkləri taktikaların inteqrasiya edilməsini vacib hesab edir.

NATO zabitlərinin yalnız adlarından istifadə edilməsi istənilib.

“Fikrimcə, ilk növbədə, sadə taktiki səviyyəyə nəzər salsaq, uğurlu döyüş üçün ilkin şərait yaratmaq üçün çoxlu heyətlə deyil, güclü əzmkarlıqla (CUT) və eyni zamanda, müasir dronlar və texnologiyalarla nə edə biləcəyinizi görürsünüz. Düşünürəm ki, bu, ən çox diqqət çəkən şeylərdən biridir. Demək istəyirəm ki, hazırda Ukraynada həqiqətən cəsarətli döyüş gedir,” NATO qüvvələrinin kapitan Erik E. bildirir.

Ukraynada müharibə nəticəsində Avropada artan gərginlik Rusiyada şovinizm əhval-ruhiyyəsinin artmasına gətirib çıxarıb. Rusiya parlamenti Dumaya 1991-ci ildə Litvaya müstəqillik verilməsi haqqında qərarın ləğvi ilə bağlı təklif irəli sürülüb. Moskva Ukraynaya genişmiqyaslı hərbi müdaxilədən əvvəl oxşar addım atmışdı.

Rusiyanın Ukraynaya hücumu təkcə Litva hakimiyyəti və NATO-nu deyil, bütövlükdə Litva cəmiyyətini reaksiya göstərməyə vadar edib.

Litva Atıcılar İttifaqı həftə sonları hərbi təlim keçən kişi və qadın könüllülərdən ibarət qrupdur. Onların çoxu 2022-ci ilin fevralın 24-ü tarixinin onlar üçün dönüş nöqtəsi olduğunu deyir.

“Həmin gün çoxlu müzakirələr oldu: dostlar, ailə arasında. Əgər ölkənizdə belə bir hadisə baş versə, nə edərdiniz? Çünki bu, çox realdır və qaçmaq və ya gizlənmək kimi cavabların mənə görə olmadığını düşünürdüm,” Litva Atıcılar İttifaqının üzvü Aiste Linauskaite deyir.

Əhalisi 2 milyondan az və silahlı qüvvələrinin sayı 20 mindən bir qədər çox olan Litva Rusiya qüvvələrinin Ukraynada gözlənildiyindən daha zəif qabiliyyət nümayiş etdirməsinə baxmayaraq, Moskvanın geri çəkilməkdən imtina etməsindən narahatdır.

Litvanın Rusiyanın müttəfiqi olan Belarusla sərhədi də narahatlıq doğurur.

“Biz sərhədlərimizdə təhlükəsizliyə diqqət yetirməliyik. Qərbdə Kalininqrad var, Rusiya qoşunlarının böyük kontingentinə ev sahibliyi edən və Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən Belarus var,” Litvanın müdafiə nazirinin müavini Vaidotas Urbelis bildirir.

NATO qüvvələrinin Litva ərazisində mövcudluğu ilə Rusiya ilə Qərb arasında qarşıdurmanın təmas xətlərindən biri hazırda Litvadadır. Bu, Soyuq Müharibə dövrü ilə demək olar ki, eyni bir ssenaridir - çoxlarının Baltikanın bu ölkəsinin hazır olmağa çalışdığı mümkün münaqişə kimi gördüyü, gərginlik və qeyri-müəyyənliklə dolu bir ssenaridir.

XS
SM
MD
LG